Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşdü – Fotolar
  • “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” – VİDEO
  • İlham Əliyev daha bir SƏRƏNCAM İMZALADI
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Azərbaycanda bu şəxsləri işə götürənlər cərimələnəcək

Azərbaycanda bu şəxsləri işə götürənlər cərimələnəcək

İqtisadiyyat Ariz Əhədov26.05.2026 - 14:25
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri ilk oxunuşda qəbul edib.

Yeniera.az xəbər verir ki, bununla bağlı məcəlləyə dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, təklif olunan yeni maddəyə görə, narkoloji xəstələrin işləməsinə icazə verilməyən sahələrdə onlarla əmək müqaviləsinin bağlanması və ya mövcud müqavilənin uzadılmasına görə vəzifəli şəxslər 3 000 manat məbləğində cərimə ediləcək. Dominos pizza

Bundan başqa, narkoloji xəstələr üçün məhdudiyyət nəzərdə tutulan sahələrdə tibbi yoxlama arayışı olmadan işə qəbula görə vəzifəli şəxslər 1 000 manat məbləğində cərimə ediləcək.

Bundan əlavə, ərzaq balansının tərtibi ilə bağlı zəruri məlumatların təqdim edilməməsinə görə də yeni cərimələr müəyyənləşir.

Məcəlləyə təklif olunan yeni maddəyə görə, ərzaq balansının tərtibi üçün fermerlər və tədarükçülər tərəfindən kənd məhsullarının təsərrüfatı istehsalına (tədarükünə) dair məlumatların ildə bir dəfə, həmin məhsulların yetişdirildiyi istixanalar, saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları barədə aylıq məlumatların isə növbəti ayın 10-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilməməsinə görə fiziki şəxslər 100 məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 500 manat məbləğində cərimə ediləcək.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müəyyən edilmiş məhsullara dair məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ərzaq balansının tərtibi ilə bağlı ildə bir dəfə verilən yazılı sorğusuna əsasən ərzaq məhsullarının istehsalı, emalı, saxlanılması, idxalı, ixracı və satışı sahəsində fəaliyyət göstərən subyektlər tərəfindən 15 iş günü müddətində təqdim edilməməsinə görə vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 500 manat məbləğində cərimə ediləcək.

Bundan başqa, inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 1 000 manat məbləğində cərimə ediləcək.

Həmçinin inzibati xətaları törətmiş şəxs həmin xətaların törədilməsinə səbəb olan halları 10 iş günü müddətində aradan qaldırdıqda inzibati məsuliyyətdən azad olunacaq.

Sənəddə həmçinin vurğulanıb ki, barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsi barədə yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsinə görə fiziki şəxslər 500 manat miqdarında, vəzifəli şəxslər 3 000 manat miqdarında, hüquqi şəxslər 5 000 manat miqdarında cərimə ediləcək.

Məcəlləyə edilən daha bir dəyişikliklə maliyyə icarəsi fəaliyyətini həyata keçirən şəxslər (banklar, xarici bankların yerli filialları və bank olmayan kredit təşkilatları istisna olmaqla) tərəfindən maliyyə icarəsi fəaliyyətinə dair hesabatların “Maliyyə icarəsi haqqında” Qanuna uyğun olaraq, Mərkəzi Banka təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 3 000 manatdan 5 000 manatadək məbləğdə cərimə ediləcək.

Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bənzər Xəbərlər

19.09.2026 - 19:40Gülnar Əliyeva

Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşdü - Fotolar

19.09.2026 - 13:20Gülnar Əliyeva

“Mossad”la əməkdaşlığa görə edam edildi

19.09.2026 - 12:40Gülnar Əliyeva

Bazar gününün havası

19.09.2026 - 12:27Gülnar Əliyeva

İşləyən şəxslərin diqqətinə!Həftəsonu istirahət günləri dəyişəcək

19.09.2026 - 01:45Gülnar Əliyeva

Ruslar donuzdan sürətlə imtina edir – Hinduşkaya tələbat artdı, bu səbəbə görə

19.09.2026 - 01:37Gülnar Əliyeva

Azərbaycanda 160 manata torpaq sahəsi satılır

19.09.2026 - 01:18Gülnar Əliyeva

ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı

18.09.2026 - 22:00Gülnar Əliyeva

Bu yol 2 gün bağlı olacaq - Sürücülərin nəzərinə!

18.09.2026 - 20:40Gülnar Əliyeva

Pensiyalar 10 faiz artıb - Nazirlik

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 064

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 099

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 025

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 818
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.