Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9094
  • 100 RUB 2.0358
  • GBP 2.2657
  • TRY 0.0343
  • CNY 0.2545
  • GEL 0.6546
  • 100 KZT 0.3752
  • UAH 0.0379
  • AED 0.4628
Cəmiyyət

Azərbaycanda həkim vəfat etdi – FOTO

Azərbaycanda həkim vəfat etdi – FOTO

Tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib.

YENİERA.az xəbər verir ki, bu barədə Ağciyər Xəstəlikləri Mərkəzi məlumat yayıb.

Qeyd edək ki, Y.Şıxəliyev 1973-cü ildə Naxçıvan MR Vərəm Əleyhinə Dispanserinin baş həkimi, 1986-cı ildə Naxçıvan şəhər Səhiyyə şöbəsinin müdiri, 1989-cu ildə Azərbaycan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun elmi-təşkilat şöbəsinin müdiri vəzifələrində çalışıb.

1993-cü ildə Bakı şəhər Mərkəzi Vərəm Dispanserinin baş həkimi vəzifəsinə təyin olunub. Sonrakı illərdə Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 1 nömrəli Vərəm Əleyhinə Dispanserə rəhbərlik edib.

Səhiyyə sahəsindəki xidmətlərinə görə 2015-ci ildə “Əməkdar həkim” fəxri adına layiq görülüb./yenisabah

Azərbaycanda həkim vəfat etdi - FOTO

Paylaş: