Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Qardaş ölkəni silkələyən iki böyük istintaq – keçmiş nazirə qədər uzandı, 6 illik sirrdə…
  • “Cəbhədən qaçın, İrəvana gəlin” – Simonyanın ruslara çağırışı Zaxarovanı çılğına döndərdi
  • Bir ayda 3 dəfə təkrarlansa… – Ailələri gözləyən BÖYÜK XƏRC
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»Azərbaycanlıların “taclandırdığı” “qanuni oğru”ya BƏRAƏT VERİLDİ: 4 ay əvvəl həbs olunmuşdu

Azərbaycanlıların "taclandırdığı" "qanuni oğru"ya BƏRAƏT VERİLDİ: 4 ay əvvəl həbs olunmuşdu

Dünya Gülnar Əliyeva30.08.2026 - 01:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Dördüncü Apellyasiya Məhkəməsi kriminal aləmdə “Zviad Tbilisski” kimi tanınan “qanuni oğru” Zviad Ozmaniana çıxarılmış hökmü ləğv edib. O, cinayət iyerarxiyasında ən yüksək mövqeni tutmaqda təqsirli bilinərək xüsusi rejimli həbsxanada 11 il 1 gün müddətinə azadlıqdan məhrum edilmişdi.

Cinayət işi ərazi aidiyyəti qaydalarının pozulması səbəbindən Nijni Novqorod vilayət prokuroruna qaytarılıb. İş Zviad Ozmanian Orenburq həbsxanasından Nijni Novqoroda gətirilməzdən əvvəl başlanıb. Bundan əvvəl isə o, Rusiyanın daha dörd regionunda cəzaçəkmə müəssisələrində saxlanılıb.

Məhkum təqsirini etiraf etməyib və 2019-cu ildə kriminal statusundan imtina etdiyini bildirib. Hökm ləğv olunsa da, o, həbsdə saxlanılıb.

Qeyd edək ki, o, aprel ayında Rusiya Cinayət Məcəlləsinin 210.1-ci maddəsi — cinayət iyerarxiyasında ən yüksək mövqeni tutma maddəsi ilə təqsirli bilinmişdi.

Zviad Ozmanian 11 fevral 2013-cü ildə Moskvada Temuri Mirzoyev, azərbaycanlı Vaqif Süleymanov, Baxış Əliyev, Gizo Kardava və digər kriminal avtoritetlər tərəfindən “qanuni oğru” elan edilib. Prokurorluğun məlumatına görə, Zviad Tbilisski özü də Türkiyə və Rusiyada daha 15 “qanuni oğru”nun “tacqoyma” mərasimində iştirak edib.

Moskva Daxili İşlər Nazirliyi də vaxtilə bildirmişdi ki, kriminal avtoritet paytaxtda soyğunçuluq və oğurluqla məşğul olan etnik cinayətkar qruplaşmalara nəzarət edib.

Məhkəmə prosesində o, “oğru tacı”ndan hələ 2019-cu ildə imtina etdiyini və kriminal aləmin bundan, o cümlədən KİV-dəki məlumatlar vasitəsilə xəbərdar olduğunu bildirib.

Müttəhim iddia edib ki, Cinayət Məcəlləsinin 210.1-ci maddəsinə əsasən kriminal statusdan könüllü imtina onun cinayət məsuliyyətindən azad edilməsinə əsas verir. O, həmçinin digər məhbuslara nəzarət etməsinin mümkün olmadığını deyib, çünki xüsusi sərt şəraitdə, videomüşahidə altında olan təkadamlıq kameralarda və rabitə vasitələri olmadan saxlanılıb.

Buna baxmayaraq, birinci instansiya məhkəməsi ittiham hökmü çıxararaq faktiki olaraq onun “qanuni oğru” statusunu tanıyıb.

Həmçinin o, bir neçə il əvvəl mərhum azərbaycanlı “qanuni oğru” Lotu “Quli”nin dostları tərəfindən “oğru” adından məhrum edilib. Buna səbəb onun “ümumi fond” üçün yığılan pulları oğurlaması olub.//Lent.az

Bənzər Xəbərlər

30.08.2026 - 02:15Gülnar Əliyeva

Qardaş ölkəni silkələyən iki böyük istintaq - keçmiş nazirə qədər uzandı, 6 illik sirrdə...

30.08.2026 - 02:00Gülnar Əliyeva

“Cəbhədən qaçın, İrəvana gəlin” - Simonyanın ruslara çağırışı Zaxarovanı çılğına döndərdi

30.08.2026 - 01:33Gülnar Əliyeva

Bir ayda 3 dəfə təkrarlansa... - Ailələri gözləyən BÖYÜK XƏRC

30.08.2026 - 01:15Gülnar Əliyeva

Qəbilə başçısından türkiyəli səyyaha ŞOK TƏKLİF: 5 inək qarşılığında... 

30.08.2026 - 00:42Gülnar Əliyeva

"Bizi Dubaya əxlaqsızlığa göndərirdi, dedi ki..." - Bülbüloğlu haqqında ŞOK SÖZLƏR

30.08.2026 - 00:39Gülnar Əliyeva

“İrşad”da 1300 manatlıq QALMAQAL: Açıq qutu, çatışmayan kabel və geri qaytarılmayan pul

30.08.2026 - 00:37Gülnar Əliyeva

Sentyabrda 8 gün iş olmayacaq

29.08.2026 - 21:36Gülnar Əliyeva

Azərbaycanda ağır qəza - ölən var

29.08.2026 - 21:32Gülnar Əliyeva

Bu ərazidə həyət evləri kəskin ucuzlaşır

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 918

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 995

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 951

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 763
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.