Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9097 ▲0.0074
  • 100 RUB 2.0796 ▼0.0147
  • GBP 2.2881 ▲0.0087
  • TRY 0.0340
  • CNY 0.2543 ▼0.0005
  • GEL 0.6548 ▼0.0004
  • 100 KZT 0.3759 ▲0.0008
  • UAH 0.0373 ▲0.0001
  • AED 0.4628
Cəmiyyət

Bu qəsəbədə bütün heyvanlar xəstədir – VİDEO

Bu qəsəbədə bütün heyvanlar xəstədir – VİDEO

Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində (Laçın obaları) heyvanlarda dabaq xəstəliyi yayılıb.

Yeniera.az xəbər verir ki, bu barədə vətəndaşlar Xəzər TV-yə danışıb.

Sakinlərin sözlərinə görə, qəsəbədəki bütün heyvanlarda bu xəstəlik müşahidə olunub: “Artıq 10 gündən çoxdur ki, heyvanlar xəstədir. Heç kəs maraqlanmır. Burada ümumi vəziyyət budur. Mənim 5 baş heyvanım var, hamısı xəstədir”.

Təsərrüfat sahibləri həmçinin qeyd edib ki, heyvanlara daha öncə vaksin vurulsa da, heç bir xeyiri olmayıb.

Baytar isə bildirib ki, xəstəlik səbəbi müxtəlif ola bilər: “Vaksinlər tətbiq edilib, ancaq ola bilsin ki, yeni heyvan alıb gətirdikdə ondakı virus digərlərinə yayılıb. Həmçinin buranın sadəcə bir otlaq sahəsi var. Orada nəfəs vasitəsilə virusun heyvandan-heyvana keçməsi halı yaşana bilər”.

Daha ətraflı videomaterialda:

Paylaş: