Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • İsmail Kartal “Fənərbağça”dan istefa verdi
  • Maşınlara etibarnamə verilməsi qüvvədən düşür?
  • İlham Mirzəyev DANIŞDI: “Gücüm yoxdur…”
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Manşet»Bu qanuna dəyişiklik edildi – 1 iyuldan…

Bu qanuna dəyişiklik edildi - 1 iyuldan...

Manşet Ariz Əhədov29.06.2026 - 18:07
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyinin aparat işçilərinin statusu rəsmən ali dövlət qulluğu təsnifatına daxil edilib, həmçinin səlahiyyətli nümayəndə və müavininin yeni vəzifə maaşları təyin olunub.

Yeniera.az xəbər verir ki, Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Qanuna əsasən, Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi, onun müavinləri və nümayəndəliyin aparatı rəsmən dövlət qulluğu orqanlarının sisteminə daxil edilib. Yeni tənzimləmə ilə qanunvericiliyə “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin köməkçisi” vəzifəsi əlavə olunub. Dəyişikliklər 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.

Həmçinin, dövlət başçısı “Dövlət qulluğu haqqında” Qanunun tətbiqi və bununla əlaqədar bəzi fərmanlarda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsinin vəzifə maaşı 14850 manat, onun müavininin vəzifə maaşı isə 12650 manat olaraq təsdiqlənib. Bununla əlaqədar, dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə əməyin ödəniş səviyyələrində müvafiq struktur dəyişiklikləri aparılıb.

Sənədlə “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na edilən əlavələrə uyğun olaraq, Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyində şöbə müdiri, şöbə müdirinin müavini, nümayəndənin köməkçisi, həmçinin sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi və məsləhətçi vəzifələri inzibati təsnifata daxil edilib. Eyni zamanda, toplunun bəzi köhnə bəndləri qüvvədən düşüb.

Nazirlər Kabineti qanunvericilik aktından irəli gələn digər məsələləri həll etməlidir. Fərman 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.

Bənzər Xəbərlər

11.09.2026 - 00:57Gülnar Əliyeva

"Sabah" Çempionlar Liqasına məğlubiyyətlə başladı

10.09.2026 - 14:48Gülnar Əliyeva

İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik etdi

10.09.2026 - 14:40Gülnar Əliyeva

Prezidentdən daha bir FƏRMAN

10.09.2026 - 14:34Gülnar Əliyeva

Prezident bu sazişi təsdiq etdi - FƏRMAN

10.09.2026 - 12:40Gülnar Əliyeva

Prezident İƏT-in Baş katibini təbrik etdi

10.09.2026 - 12:09Gülnar Əliyeva

Prezident Qaradağda açılışda iştirak etdi

10.09.2026 - 11:12Gülnar Əliyeva

Prezident fərman imzaladı

10.09.2026 - 10:50Gülnar Əliyeva

Azərbaycanda zəlzələ oldu

10.09.2026 - 10:00Gülnar Əliyeva

“Şəki yaylası”nda baş verən hadisə ilə bağlı cinayət işi açıldı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 001

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 060

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 986

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 792
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.