Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “İranla saziş imzalandı, hamını təbrik edirəm!”
  • Xəzər sahilində daha bir xoşagəlməz görüntü – VİDEO
  • Dəhşətli helikopter qəzası: məşhur müğənni öldü – FOTO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Bu şəxslər əsgər getmir: Yeni qaydalar açıqlandı

Bu şəxslər əsgər getmir: Yeni qaydalar açıqlandı

Gündəm Ariz Əhədov10.06.2026 - 16:03
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müəyyən kateqoriyalı vətəndaşlar müddətli həqiqi hərbi xidmətdən ya müvəqqəti möhlət, ya da tam azadolma hüququ əldə edir.

Yeniera.az Metbuat.az-a istinadən bildirir ki, Azərbaycanda 18 yaşına çatmış kişi cinsli vətəndaşlar hərbi xidmətə çağırılır. 2024-cü il 27 dekabr tarixli qanun dəyişikliyi ilə çağırışın son yaş həddi 35-dən 30-a endirilib. Lakin qanunvericiliyə görə bu öhdəlikdən azad olmağın və ya çağırışın təxirə salınmasının bir neçə əsası mövcuddur.

Bəs kimlər hərbi xidmətə çağırılmır?

Təhsil əsasında möhlətə görə, bakalavr tələbələri 24 yaşı tamam olanadək, magistr tələbələri isə 26 yaşı tamam olanadək, xaricdə təhsil alanlar da daxil olmaqla əyani təhsil aldıqları müddətdə çağırışdan möhlət hüququ əldə edir. Son qanun dəyişiklikləri ilə magistratura səviyyəsində təhsil alan şəxslər üçün də yaş həddi dəqiqləşdirilərək 26 yaş müəyyən edilib. Rezidentura və doktorantura tələbələri təhsilini başa vuranadək möhlət hüququndan yararlanır. Doktorantura qəbul imtahanının birinci mərhələsindən müvəffəqiyyətlə keçən şəxslərə isə əlavə 3 aylıq möhlət verilir. Tam orta təhsilini başa vurmamış 20 yaşınadək vətəndaşlar da bu kateqoriyaya daxildir.

Ailə vəziyyətinə görə möhlət hüququ bir neçə halı əhatə edir: başqa övladı olmayan I qrup əlil valideynin yeganə övladı olan çağırışçılar, üç və daha çox uşağın atası olan şəxslər, I qrup əlil həyat yoldaşına qulluq edən kişilər, habelə 18 yaşınadək və ya I qrup əlil qardaş və ya bacısına baxan, onları saxlaya biləcək başqa ailə üzvü olmayan şəxslər bu hüquqdan yararlana bilərlər. Qanunun yenilənmiş redaksiyasına əsasən, ailə vəziyyətinə görə verilən möhlət 30 yaşadək qüvvədə qalır. Bu yaşa çatanadək möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad edilərək ehtiyata keçirilirlər.

Sağlamlıq vəziyyətinə görə tibbi müayinədə müvəqqəti yararsız hesab edilən şəxslərə hər dəfə bir ildən çox olmamaq şərtilə, ümumilikdə üç ilədək möhlət verilə bilər. Həm dinc, həm də müharibə dövründə hərbi xidmətə tam yararsız hesab olunan şəxslər isə hərbi qeydiyyatdan çıxarılır.

Tam azadolma hallarına gəlincə, fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi almış şəxslər müddətli həqiqi hərbi xidmətdən azad edilirlər. Həmçinin Azərbaycan vətəndaşlığını qəbul edənədək başqa dövlətin qanunvericiliyinə uyğun hərbi xidmət keçmiş şəxslər də bu hüquqdan istifadə edə bilərlər. Ağır cinayət törətdiyinə görə müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum edilmiş şəxslər barəsində də çağırış tətbiq edilmir.

Qeyd edək ki, 2024-cü il 27 dekabr tarixli qanun dəyişikliklərindən sonra hərbi xidmətə çağırışla bağlı məsuliyyət mexanizmləri də dəqiqləşdirilib. Yeni tənzimləməyə əsasən, üzrlü səbəb olmadan tibbi müayinəyə, müddətli həqiqi hərbi xidmətə, hərbi toplanışlara və ya səfərbərlik üzrə çağırışa gəlməmək çağırışdan boyun qaçırma hesab olunur. İlkin hallarda İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət nəzərdə tutulur. Cinayət Məcəlləsinin 321-ci maddəsinə əsasən isə qanuni əsas olmadan hərbi xidmətə çağırışdan boyun qaçıran şəxslər iki ilədək azadlıqdan məhrum edilə bilər. Eyni əməl müharibə dövründə törədildikdə cəza üç ildən altı ilədək azadlıqdan məhrumetmə təşkil edir.

Bənzər Xəbərlər

15.06.2026 - 09:00Ariz Əhədov

Dəhşətli helikopter qəzası: məşhur müğənni öldü – FOTO

14.06.2026 - 23:18Ariz Əhədov

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - FOTO

14.06.2026 - 23:14Ariz Əhədov

İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib - FOTO

14.06.2026 - 23:10Ariz Əhədov

Qızılın qiyməti ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

14.06.2026 - 23:07Ariz Əhədov

TƏCİLİ! Köçaryan ölkədən qaçarkən hava limanında saxlanıldı

14.06.2026 - 21:43Ariz Əhədov

Bu şəxslər hərbi xidmətə çağırışdan AZAD OLUNACAQ - SİYAHI

14.06.2026 - 18:15Ariz Əhədov

Birinci müavinə ağır itki - FOTO

14.06.2026 - 17:54Ariz Əhədov

Sevda Şirəliyeva vəfat etdi - FOTO

14.06.2026 - 17:21Ariz Əhədov

İyunun 15-i ilə bağlı bu şəxslərə MÜHÜM XƏBƏR

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 760

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 345

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:155. 152

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 059
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.