Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • Qarpızı hər gün yemək olar? – bu xəstələrə XƏBƏRDARLIQ
  • Putinin xəzinəsi sürətlə boşalır – 7 aya 6,46 trilyon
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Bu şəxslərin evi hər an sökülə bilər – Bakıda yeni proses başlayır

Bu şəxslərin evi hər an sökülə bilər – Bakıda yeni proses başlayır

Gündəm Gülnar Əliyeva10.08.2026 - 16:03
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Paytaxt sakini Bəhruz Alışov Binəqədi rayonunda yerləşən fərdi yaşayış evinin xəbərdarlıq edilmədən və məhkəmə qərarı olmadan söküldüyünü iddia edir. Aidiyyəti qurumlar isə ərazinin Bakı şəhərinin Baş Planına əsasən ictimai-işgüzar zona olduğunu və həmin ünvanda fərdi yaşayış evinin tikintisinin məqsədəuyğun hesab edilmədiyini bildirirlər. Məsələnin hüquqi tərəfi, xüsusilə mülkiyyətin sökülməsi zamanı qanunvericiliklə müəyyən edilən prosedurlar diqqət çəkir.

Vətəndaşa əvvəlcədən xəbərdarlıq edilmədən və məhkəmə qərarı olmadan onun mülkiyyəti sökülə bilərmi? Qanunvericilikdə bu, necə tənzimlənir?

Yeniera.az xəbər verir ki, Globalinfo.az-a danışan vəkil Rəsul Cəfərov əgər tikili həqiqətən də tam tikilmiş, istifadəyə verilmiş və faktiki olaraq yaşayış üçün istifadə olunan vəziyyətdədirsə, həmin tikili ilə bağlı məhkəmə qərarı olmadan hər hansı söküntü işinin aparılması yolverilməzdir deyib:

“Bununla bağlı şəhərsalma hüququnu tənzimləyən normalar, o cümlədən müvafiq qanunvericiliyin 29-cu maddəsi, eyni zamanda Mülki Məcəllə, Torpaq Məcəlləsi və digər hüquqi aktların tələbləri mövcuddur. Bu normaların mahiyyəti ondan ibarətdir ki, artıq istifadəyə verilmiş, yaşayış üçün istifadə olunan və tikinti mərhələsində olmayan yaşayış sahəsinin sökülməsi üçün, bir qayda olaraq, məhkəmə qərarı olmalıdır. Bunun alternativi yoxdur. Əks halda belə bir söküntünün aparılması hüquq pozuntusu kimi qiymətləndirilə bilər”.

Vəkil bildirib ki, söhbət tikilməkdə olan və ya tikintisinə yeni başlanılmış, müəyyən hissəsi inşa edilmiş, lakin böyük bir hissəsi hələ hazır olmayan tikilidən gedirsə, burada vəziyyət fərqli ola bilər:

“Belə hallarda tikintinin dayandırılması və artıq inşa edilmiş hissənin sökülməsi ilə bağlı qanunvericilikdə müəyyən prosedurlar və müddətlər nəzərdə tutulur. Lakin burada da konkret vəziyyət mütləq şəkildə qiymətləndirilməlidir. Yəni tikili tam inşa edilmiş və faktiki olaraq yaşayış üçün istifadə olunan vəziyyətdədirsə, onun məhkəmə qərarı olmadan sökülməsi, əlbəttə ki, qanun pozuntusudur. Eyni zamanda, tikilməkdə olan yaşayış sahələri ilə bağlı da yanaşma “tikinti var, dərhal sökülməlidir” prinsipi üzərində qurulmamalıdır. Burada da müvafiq araşdırma və qiymətləndirmə aparılmalıdır. Əgər müəyyən edilərsə ki, həmin tikinti tikinti və şəhərsalma norma və qaydalarına uyğun deyil, müəyyən edilmiş ölçüləri aşır və bu səbəbdən müvafiq razılıq və ya icazə alınmayıb, yaxud tikinti xüsusi rejimli torpaq sahəsində aparılır, o zaman məsələyə başqa cür yanaşılır”.

R.Cəfərov deyib ki, məsələn, strateji obyektlərin yerləşdiyi ərazilər, təhlükəsizlik baxımından xüsusi rejim tətbiq olunan sahələr, təhlükəli mənbələrin yaxınlığında yerləşən ərazilər, kənd təsərrüfatı təyinatlı torpaqlar və digər xüsusi statuslu torpaq sahələri buna aid ola bilər:

“Əgər araşdırma nəticəsində müəyyən edilirsə ki, tikinti və şəhərsalma qayda və normalarına əməl olunmayıb, tikintinin aparılmasına müvafiq razılıq və ya icazə yoxdur və ya tikinti ümumiyyətlə tikinti aparılması qadağan edilən torpaq sahəsində və ya ərazidə həyata keçirilir, belə halda qanunvericiliyin tələblərinə uyğun olaraq söküntü aparıla bilər”.

Bənzər Xəbərlər

16.08.2026 - 02:10Gülnar Əliyeva

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

16.08.2026 - 01:38Gülnar Əliyeva

Qarpızı hər gün yemək olar? - bu xəstələrə XƏBƏRDARLIQ

16.08.2026 - 01:20Gülnar Əliyeva

Putinin xəzinəsi sürətlə boşalır – 7 aya 6,46 trilyon

16.08.2026 - 01:12Gülnar Əliyeva

Ən savadlı insanlar bu şəhərdən çıxır - SİYAHI 

16.08.2026 - 01:08Gülnar Əliyeva

Batmış gəmidən inanılmaz tapıntı – FOTOLAR

15.08.2026 - 23:26Gülnar Əliyeva

Bakıda küçədə yatan müəllimin hər şeyi OĞURLANDI

15.08.2026 - 23:00Gülnar Əliyeva

İtkin düşən vəkil meşədə ölü tapıldı - FOTO

15.08.2026 - 22:40Gülnar Əliyeva

Bakıda bu marşrutların dayanacaqları dəyişdirildi

15.08.2026 - 22:27Gülnar Əliyeva

Azərbaycanda dəhşətli qəza baş verdi - Ölənlər var

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 777

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 904

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 872

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 703
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.