Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Alen Simonyan: Hikmət Hacıyevlə iki gündən bir danışırıq
  • Baləlidən “butulka” davası barədə AÇIQLAMA
  • Prezidentdən Ülvi Quliyevlə bağlı – Sərəncam
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»Daha üç vəzifəliyə hökm oxundu – Biri Mikayılovun uşaqlıq dostudur

Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur

Hadisə Gülnar Əliyeva02.09.2026 - 11:30
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən antikorrupsiya əməliyyatı ilə cinayət məsuliyyətinə cəlb edilən daha üç vəzifəli şəxsin məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

İş üzrə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, icra hakimiyyəti başçısı aparatının Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunda baş məsləhətçi İsa Şəmsəliyev və icra hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Rəşad Nadirli mühakimə edilib. Onlardan yalnız Q.Abdullayev həbsdə olub.

Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxslər cinayət baş verən dövrdə rayon icra hakimiyyətinin başçısı işləmiş Süleyman Mikayılovun qərarlarına qanunsuz təsir edərək müxtəlif şəxslərə pul qarşılığında işlər görməyə icazə veriblər.

Zərərçəkmiş şəxslər əsasən ev tikmək məqsədilə torpaq sahəsinə yerləşmə cizgisinin təsdiqlənməsi üçün müraciət ediblər. Onlar 3, 5, 6 min manat pul verdikdən sonra torpaq sahəsinə icra başçısı tərəfindən təsdiqlənmiş sənəd alıblar.

İş materiallarından görünür ki, qanunsuz fəaliyyətlərdə əsas rol oynayan təsərrüfat şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev olub. Məhkəmədə onun Süleyman Mikayılovun uşaqlıq dostu olduğu da üzə çıxıb. İcra başçısı bir çox işləri həll etməyi də məhz ona həvalə edib.
Sabiq məmurlar icra başçısının qərarına qanunsuz təsir etdiklərini boyunlarına almayıblar. Onlar ifadələrində deyiblər ki, yerləşmə cizgisinin təsdiqlənməsi yalnız icra başçısının möhürü ilə mümkün olub. Onlar da kiməsə “icra başçısının qərarına təsir edə bilərik” deməyiblər.
Məhkəmə yekunda təqsirləndirilən şəxslərin üçünü də nüfuz alveri cinayətində təqsirli bilib. Hökmə əsasən, Qafar Abdullayev 1 il 3 ay həbs, İsa Şəmsəliyev 10 min, Rəşad Nadirli isə 9500 manat cərimə cəzasına məhkum edilib.

Qeyd edək ki, cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. Bu əməliyyatdan sonra S. Mikayılov vəzifəsindən azad edilib, o, saytımıza açıqlamasında sözügedən cinayət işi ilə bağlı istintaqa cəlb edilmədiyini bildirmişdi. 

Bənzər Xəbərlər

16.09.2026 - 16:04Gülnar Əliyeva

Ramiz Mehdiyevin işində onlar da dindirilib

16.09.2026 - 15:38Gülnar Əliyeva

Münasib qiymətə texnologiya axtaranların diqqətində – CompStore.az

16.09.2026 - 15:36Gülnar Əliyeva

Bakıda mənzil alarkən tıxac probleminə innovativ həll: "Prayk.com" süni intellekt dəstəkli interaktiv xəritəsini təqdim etdi

16.09.2026 - 14:20Gülnar Əliyeva

Dağ başında qalsalar - Xilas üçün pul ödəməli olacaqlar

16.09.2026 - 14:07Gülnar Əliyeva

Azərbaycanda internet bahalaşır - minimum tarif bu qədər olacaq

16.09.2026 - 14:06Gülnar Əliyeva

Sabah yağış yağacaq, şimşək çaxacaq

16.09.2026 - 13:58Gülnar Əliyeva

Veteranlara şad xəbər - 400 manat... 

16.09.2026 - 13:55Gülnar Əliyeva

Cavid Qurbanovun əmisi oğlu HƏBS OLUNDU? - SƏBƏB

16.09.2026 - 13:41Gülnar Əliyeva

Əhdi və tanışı SƏRBƏST BURAXILDI

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 048

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 086

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 015

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 809
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.