Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Ramiz Mehdiyevlə bağlı o sirr açıqlandı – Məbləğ ŞOKA SALACAQ
  • Məşhur bloqerdən Azərbaycanla bağlı maraqlı paylaşım – Video
  • Daşqına baxmayaraq subasan kilsədə evləndilər – Video
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»VİDEO XƏBƏRLƏR»DİN əməliyyat keçirdi:Həmin qadınlar həbs edildi +VİDEO

DİN əməliyyat keçirdi:Həmin qadınlar həbs edildi +VİDEO

VİDEO XƏBƏRLƏR Gülnar Əliyeva02.09.2026 - 15:25
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Güzəştli mənzil” informasiya sisteminə qanunsuz müdaxilə edilməsi niyyəti və vətəndaşların aldadılması yolu ilə pul vəsaitlərinin ələ keçirilməsi faktları ilə bağlı əməliyyat-texniki tədbirlər həyata keçirilib.

Yeniera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, nəticədə qeyd edilən qanunsuz əməlləri törətməkdə təqsirli bilinən 33 yaşlı Günay Lətifova və 43 yaşlı Şükufə Mirzəyeva müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər müxtəlif süni intellekt proqramlarından istifadə etməklə güzəştli mənzillərin növbədənkənar əldə edilməsini təşkil edə biləcəkləri barədə vətəndaşlarda həqiqətə uyğun olmayan təsəvvür yaradaraq MİDA-nın adından saxta elektron alqı-satqı və ipoteka müqavilələri hazırlayıblar.

Daha sonra həmin saxta sənədləri 1000–9000 manat arasında dəyişən məbləğlər müqabilində vətəndaşlara təqdim edərək onların pul vəsaitlərini ələ keçiriblər. Tədbirlər zamanı Ş.Mirzəyevanın yaşadığı mənzilə baxış keçirilərkən MİDA-nın adından hazırlanmış 472 ədəd saxta güzəştli mənzil alqı-satqısı və ipoteka müqaviləsi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. G.Lətifova və Ş.Mirzəyeva təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər.

Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda saxlanılan şəxslərin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşların müəyyən edilməsi, dəymiş maddi ziyanın ümumi məbləğinin hesablanması, həmçinin cinayət işi üzrə bütün halların araşdırılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

DİN və MİDA vətəndaşlara müraciət edərək bildirir ki, güzəştli mənzillərin əldə edilməsi ilə bağlı yalnız rəsmi elektron xidmətlərdən istifadə etsinlər, növbədənkənar mənzil satışı, eləcə də prosesə kənar müdaxilə etməklə üstünlük yaradılması barədə vədlərə inanmasınlar.

Vətəndaşlara bu kimi şübhəli təkliflərlə qarşılaşdıqları halda dərhal polisə məlumat vermələri tövsiyə olunur.

Bənzər Xəbərlər

02.09.2026 - 16:18Gülnar Əliyeva

Məşhur bloqerdən Azərbaycanla bağlı maraqlı paylaşım - Video

02.09.2026 - 11:43Gülnar Əliyeva

Bakıda “cin çıxaran” qadın saxlanıldı - Cinayət işi açıldı

02.09.2026 - 11:30Gülnar Əliyeva

Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur

02.09.2026 - 11:05Gülnar Əliyeva

Ödənişli yolda aşan “BMW X7”də ölən Eltonun - FOTOSU

02.09.2026 - 10:51Gülnar Əliyeva

Sursat anbarındakı partlayışdan sonra Goranboyda vəziyyət necədir? 

02.09.2026 - 09:00Gülnar Əliyeva

724 minlik körpü açılışda çökdü - Video

02.09.2026 - 01:34Gülnar Əliyeva

Goranboyda partlayış oldu - VİDEO

01.09.2026 - 20:24Gülnar Əliyeva

Putin danışarkən Peskov yatdı - Video

01.09.2026 - 18:55Gülnar Əliyeva

Birinci xanımlar “Ala-Arça”dakı sərgini belə gəzdilər - Video

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 949

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 024

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 967

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 773
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.