Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • 3 gün yağış yağacaq – XƏBƏRDARLIQ
  • Müəllimlərin maaşı belə hesablanacaq
  • Metronun yeni stansiyası “20 Sentyabr” adlandırılacaq
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Maraqlı»Dünya bundan danışır: Bu sizdədə olursa… – Sirri açıldı

Dünya bundan danışır: Bu sizdədə olursa... – Sirri açıldı

Maraqlı Gülnar Əliyeva03.09.2026 - 13:27
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Son günlər sosial şəbəkələrdə insanların bədəninə qaşıq, çəngəl, qayçı və digər metal əşyaların yapışdığını göstərən videolar geniş yayılıb. Bunun Yerin elektromaqnit tezliyində baş verən dəyişiklik və sonuncu Günəş tutulması ilə əlaqəli olduğu barədə müxtəlif iddialar səsləndirilir.

Həqiqətən, insanların bədənində birdən-birə maqnitlik yarana bilərmi?

Yeniera.az xəbər verir ki, Globalinfo.az-a danışan Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasının dosenti Xıdır Mikayılov deyib ki, bunun Yerin maqnit sahəsində dəyişiklik, Yerin “tezliyinin artması” və ya hər hansı astrofiziki hadisə ilə əlaqəsini təsdiqləyən heç bir elmi sübut yoxdur:

“İnsan orqanizmi maqnit deyil və birdən-birə maqnit xüsusiyyəti qazanması mümkünsüzdür. Əgər belə olsaydı, yalnız dəmir əsaslı ferromaqnit əşyalar yox, alüminium, mis, plastik və hətta şüşə kimi maqnitə cəlb olunmayan materiallar da yapışmazdı. Halbuki bu tip videolarda tez-tez müxtəlif materiallardan hazırlanmış əşyaların da “yapışdığı” görünür. Bu isə hadisənin maqnitlə deyil, əsasən dərinin səthi, sürtünmə qüvvəsi, dərinin rütubəti, yağlılığı və əşyanın ağırlıq mərkəzi ilə əlaqəlidir. Bəzən belə videolarda insanlar bədənlərini cüzi bucaq altında saxlayır və ya əşyaları elə yerləşdirirlər ki, onlar sürtünmə hesabına müəyyən müddət yerində qala bilir. Dərinin üzərinə talk pudrası (prisipka) çəkildikdə və ya səth qurudulduqda bu “effekt” adətən aradan qalxır. Bu da onun maqnit mənşəli olmadığını göstərir”.

Dosent bildirib ki, Yerin maqnit sahəsi həqiqətən zaman-zaman dəyişir:

“Günəş alışmaları və tac kütlə atılmaları nəticəsində geomaqnit qasırğaları baş verə bilər. Bu hadisələr əsasən peyk sistemlərinə, radio rabitəsinə, GPS naviqasiyasına və yüksək enliklərdə qütb parıltılarının yaranmasına təsir göstərir. Lakin insan orqanizmini maqnitə çevirməsi, bədənə metal əşyaların yapışmasına səbəb olması elmi cəhətdən əsaslandırılmayıb. Yəni bu hadisənin son zamanlar baş verən Günəş tutulması ilə də əlaqəsi yoxdur. Günəş tutulması zamanı yalnız Ay qısa müddətə Günəş işığını örtür. Bu hadisə ionosferdə və atmosferin yuxarı qatlarında müvəqqəti dəyişikliklər yaratsa da, Yerin maqnit sahəsini insanların maqnit xüsusiyyəti qazanacağı səviyyədə dəyişdirmir. Hazırda bu iddiaları təsdiqləyən heç bir etibarlı elmi dəlil mövcud deyil. Qeyd etdiyim kimi, əksər hallarda müşahidə olunan effekt sadə fiziki amillər – sürtünmə qüvvəsi, dərinin xüsusiyyətləri və əşyaların yerləşdirilmə üsulu ilə izah olunur”.

Bənzər Xəbərlər

03.09.2026 - 23:50Gülnar Əliyeva

Milyonlarla mobil telefon İŞLƏMƏYƏCƏK: Cəmi bir neçə gün qaldı

02.09.2026 - 16:50Gülnar Əliyeva

Sentyabrda pul qapıları açılacaq 3 bürc

02.09.2026 - 16:18Gülnar Əliyeva

Məşhur bloqerdən Azərbaycanla bağlı maraqlı paylaşım - Video

01.09.2026 - 12:33Gülnar Əliyeva

Sentyabrda bəxti gətirəcək 3 bürc – Uğur qapılarını döyəcək

01.09.2026 - 10:25Gülnar Əliyeva

Videoya baxmasalar da, “izlənmə” gələcək - Yutubda yeni dövr

31.08.2026 - 10:50Gülnar Əliyeva

Bu kənddə paltar geyinmək QADAĞANDIR - Hamı küçədə...

30.08.2026 - 19:47Gülnar Əliyeva

Piylənmədən əziyyət çəkənlərə ŞOK XƏBƏRDARLIQ

30.08.2026 - 12:40Gülnar Əliyeva

Sentyabrda bu bürcləri xoş xəbər gözləyir

29.08.2026 - 19:37Gülnar Əliyeva

Bu bürclər üçün ŞOK XƏBƏR

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 959

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 027

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 970

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 777
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.