Astroloqlar 18-25 oktyabr həftəsi üçün bürc proqnozlarında Merkurinin Əqrəb bürcündə başlayacaq retro hərəkətinə diqqət çəkirlər. Noyabrın 15-dək davam edəcək bu dövrdə maliyyə, münasibətlər, iş həyatı və ailə məsələləri yenidən gündəmə gələ bilər.
Bəs Qoç, Buğa, Əkizlər, Xərçəng, Şir, Qız, Tərəzi, Əqrəb, Oxatan, Oğlaq, Dolça və Balıq bürclərini bu həftə nələr gözləyir?
YENİERA.az xəbər verir ki, astroloqun şərhinə görə, Merkurinin Əqrəb bürcündə başlayacaq retro hərəkəti noyabrın 15-dək davam edəcək.
Bu müddətdə maliyyə məsələləri, şəxsi münasibətlər, iş həyatı və ailə ilə bağlı əvvəllər yarımçıq qalan mövzular yenidən gündəmə gələ bilər.
Gözlənilən ödənişlər, keçmiş münasibətlər, iş öhdəlikləri və ailədaxili anlaşılmazlıqlar diqqət mərkəzində olacaq. Astroloq bu dövrdə qərarları yenidən nəzərdən keçirməyin, ünsiyyətdə diqqətli olmağın və razılaşmaların təfərrüatlarını yoxlamağın vacibliyini vurğulayır.
Qoç
Ortaq maliyyə, borclar, alacaqlar və münasibətlərdə etibar məsələləri gündəmə gələ bilər. Gözlənilən ödənişləri və maliyyə sənədlərini yenidən yoxlamaq, ortaq büdcə ilə bağlı məsuliyyətləri dəqiqləşdirmək tövsiyə olunur.
Buğa
Həyat yoldaşı, sevgili və ya iş ortağı ilə əvvəlki fikir ayrılıqları yenidən ortaya çıxa bilər. Keçmiş münasibətlərdən xəbər almaq və yarımçıq qalan əməkdaşlıqların gündəmə gəlməsi mümkündür. Razılaşmaları diqqətlə oxumaq və qarşı tərəfin niyyətini dəqiqləşdirmək vacibdir.
Əkizlər
İş rejimi, gündəlik öhdəliklər və şəxsi vaxtın bölüşdürülməsi diqqət tələb edəcək. Yarımçıq qalan tapşırıqlar yenidən qarşınıza çıxa bilər. Sənədləri, görüş vaxtlarını və vacib məlumatları yoxlamaq, elektron faylların ehtiyat nüsxəsini saxlamaq faydalı olacaq.
Xərçəng
Sevgi münasibətləri, keçmiş hisslər və yarımçıq qalmış söhbətlər yenidən gündəmə gələ bilər. Köhnə münasibətlər haqqında düşünərkən hisslərinizi düzgün anlamağa çalışın. Yaradıcılıqla məşğul olmaq və yarımçıq qalan işləri tamamlamaq üçün də əlverişli dövr ola bilər.
Şir
Ailə münasibətləri, ev və yaşayış şəraiti ilə bağlı məsələlər ön plana çıxa bilər. Ailə üzvləri ilə əvvəlki anlaşılmazlıqları müzakirə etmək, köç, təmir və kirayə ilə bağlı sənədləri yenidən nəzərdən keçirmək lazım gələ bilər.
Qız
Ünsiyyət, yaxın çevrə və gündəlik planlarda dəyişikliklər mümkündür. Təhsil, təqdimat, müraciət və peşəkar təkliflərlə bağlı yarımçıq qalan işlərə qayıtmaq faydalı ola bilər. Fikir ayrılıqlarında sərt reaksiyalardan çəkinmək tövsiyə olunur.
Tərəzi
Gəlir, xərclər və əməyin qarşılığının alınması məsələləri diqqət mərkəzində olacaq. Gecikmiş ödənişlər və əvvəlki layihələr yenidən gündəmə gələ bilər. Xərcləri nəzərdən keçirmək və maliyyə planını yeniləmək məqsədəuyğundur.
Əqrəb
Şəxsi qərarlar, özünüifadə və gələcək planları ilə bağlı yenidən düşünmək ehtiyacı yarana bilər. Əvvəlki qərarlarınıza təsir edən yeni məlumatlar əldə edə bilərsiniz. Xüsusilə işgüzar söhbətlərdə fikirlərinizi sakit və aydın şəkildə ifadə etmək vacibdir.
Oxatan
Daxili düşüncələrə qapılmaq, keçmiş söhbətləri xatırlamaq və yarımçıq qalan işləri tamamlamaq istəyi arta bilər. Şəxsi yazışmalara və məxfi məlumatlara diqqət yetirmək, anlaşılmazlıqları isə açıq ünsiyyət vasitəsilə həll etmək tövsiyə olunur.
Oğlaq
Dostluqlar, sosial çevrə və gələcək hədəflər yenidən nəzərdən keçirilə bilər. Uzun müddətdir əlaqə saxlamadığınız insanlardan xəbər ala, yarımçıq qalan ortaq layihələri davam etdirmək imkanı qazana bilərsiniz. Hədəflərinizin həqiqətən öz istəyinizə uyğun olub-olmadığını düşünmək faydalıdır.
Dolça
Karyera, peşəkar məsuliyyətlər və ictimai imiclə bağlı məsələlər gündəmə gələ bilər. Əvvəlki iş təklifləri və layihələr yenidən müzakirə oluna bilər. Vəzifə bölgüsünü, iş şərtlərini və razılaşmaları dəqiqləşdirmək vacibdir.
Balıqlar
Təhsil, səyahət və uzaq məsafələrlə bağlı planlar yenidən nəzərdən keçirilə bilər. Yarımçıq qalan müraciətləri tamamlamaq, sənədləri yoxlamaq və əvvəllər öyrənilən mövzulara qayıtmaq üçün fürsət yarana bilər. Qərar verməzdən əvvəl məlumatları etibarlı mənbələrdən dəqiqləşdirmək tövsiyə olunur./musavat

