Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8907
  • 100 RUB 2.1118
  • GBP 2.2601
  • TRY 0.0341
  • CNY 0.2549
  • GEL 0.6551
  • 100 KZT 0.3723
  • UAH 0.0372
  • AED 0.4628
İdman

FIFA açıqladı: Azərbaycanda futbol üzrə növbəti dünya çempionatı keçiriləcək

FIFA açıqladı: Azərbaycanda futbol üzrə növbəti dünya çempionatı keçiriləcək

FIFA U-15 Dünya Çempionatı və 2026-cı il Festivalı Azərbaycanda keçiriləcək.

Offsideplus.az xəbər verir ki, FIFA Şurasının Bürosunun qərarına əsasən, turnirin ilk tarixi 22-31 oktyabr 2026-cı il aralığında baş tutacaq. Yarışda FIFA-ya üzv olan bütün ölkələrin 15 yaşadək oğlanlardan ibarət komandaları iştirak edə biləcək.

FIFA bu qərarı AFFA-ya etimad göstərərək, Azərbaycanın yüksək səviyyəli idman infrastrukturu və böyükmiqyaslı beynəlxalq turnirləri qəbul etmək imkanlarını nəzərə alaraq verib. Bundan əvvəl Azərbaycanın FIFA U-20 Dünya Çempionatı (2027-ci il) yarışına da ev sahibliyi edəcəyi açıqlanmışdı.

FIFA bildirib ki, 2027-ci ildə keçiriləcək ikinci U-15 turniri qızlardan ibarət komandalar üçün olacaq. 2028-ci ildən isə həm oğlanlar, həm də qızlar arasında ayrıca yarışlar təşkil ediləcək.

Paylaş: