Venesuelada 7,5 maqnitudada zəlzələ qeydə alınıb.
Yeniera.az USGS-ə istinadən xəbər verir ki, zəlzələ nəticəsində insan itkisinin 100 000-i keçməsi ehtimalı 30% təşkil edir. Qurum əvvəlcə ölkənin ÜDM-nə 2-20% həcmində iqtisadi ziyan dəyə biləcəyini proqnozlaşdırsa da, sonradan bu göstəricini 1-5%-ə qədər azaldıb. Təbii fəlakətdən sonra ölkədə internetin fəaliyyətində də ciddi problemlər yaranıb.
Salvador Prezidenti Nayib Bukele Venesuelaya yardım məqsədilə 300 nəfərlik xilasedici və həkim briqadası, eləcə də 50 ton tibbi avadanlıq və ləvazimat göndərəcəyini bəyan edib. ABŞ dövlət katibinin birinci müavini Kristofer Landau bildirib ki, Birləşmiş Ştatların administrasiyası baş vermiş zəlzələdən sonra Venesuela rəhbərliyi ilə əlaqə saxlayır və bu ölkəyə dəstək göstərməyə hazırlaşır.
Braziliya da zərərçəkən ölkəyə yardım edəcəyinə dair söz verib.///Ajans.az

