İtaliyanın Forli şəhərində güclü qeyri-sabit hava şəraiti müşahidə olunub.
Yeniera.az xəbər verir ki, şəhəri güclü yağış və sürəti 100 km/saatı aşan külək müşayiət edən şiddətli fırtına vurub. Hava limanı ərazisində küləyin sürətinin saatda 120 kilometrə çatdığı bildirilib.
Güclü külək nəticəsində Forli Hava Limanında üç təyyarə yerindən qalxaraq bir-birinə çırpılıb. Hadisə yerinə xilasedicilər cəlb olunaraq ərazidə təhlükəsizlik tədbirləri görülüb.
Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.///Ajans.az

