Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Qar yağıb, dolu düşüb
  • Prezident təbrik məktubu göndərdi
  • Rusiya Ermənistandakı səfirini GERİ ÇAĞIRDI
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»İlin sonunadək Azərbaycanda amnistiya GÖZLƏNİLİR

İlin sonunadək Azərbaycanda amnistiya GÖZLƏNİLİR

Gündəm Emin Farzaliyev06.09.2025 - 10:24
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Bu il Prezident İlham Əliyevin sərəncamı ilə 200-dən artıq məhkum edilmiş şəxs əfv edilib. Əfv sərəncamının imzalanması ərəfəsində ilin sonunadək amnistiya aktının da qəbul ediləcəyi barədə xəbərlər yayılmışdı.

Amnistiya əlamətdar hadisələr – dövlət müstəqilliyimizin bərpası, konstitusion islahatlar, suverenliyin möhkəmlənməsi, tarixi şəxsiyyətlərin yubileyləri və digər mühüm ictimai-siyasi hadisələrlə əlaqədar olaraq qəbul olunur. Amnistiyanın da Konstitusiya və Suverenlik ili münasibətilə qəbul ediləcəyi qeyd olunur.

Yeniera.az xəbər verir ki, Modern.az-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev qeyd edib ki, amnistiyanın məhz bu cür simvolik hadisələrlə bağlı qəbul edilməsi bu aktın həm dövlətçiliyimizin humanizm prinsipləri, həm də milli ənənələrimizə uyğun gəlir.

Onun sözlərinə görə, müstəqillik əldə edildikdən bu günə qədər Azərbaycanda ümumilikdə 12 amnistiya aktı qəbul edilib. Bu aktlar ümumilikdə 160 min nəfərə şamil olunub.

“Amnistiyanın mühüm xüsusiyyətlərindən biri odur ki, o, əhatə etdiyi maddələr üzrə şəxsləri ya cəza çəkməkdən azad edir, ya onların cəzasını azaldır və ya cinayət məsuliyyətindən azad edir. Təsadüfi deyil ki, bu ilin əvvəlində də Azərbaycanda amnistiya aktının qəbul edilməsi ilə bağlı bir sıra müzakirələr aparılıb. Eyni zamanda, mənim tərəfimdən də amnistiya aktının qəbul edilməsi istiqamətində təkliflər səsləndirilib.

Bu təkliflərin əsas səbəbi bir neçə mühüm hadisə ilə bağlı idi. İlk növbədə qeyd etməliyəm ki, bu il Azərbaycan tarixində çox əlamətdar bir hadisə baş verib – cənab Prezident tərəfindən 2025-ci il “Konstitusiya və Suverenlik ili” elan olunub. Bu da Konstitusiyanın qəbul edilməsinin 30 illiyi ilə bağlıdır. Amnistiya isə konstitusion institutlardan biridir”.

O həmçinin bildirib ki, digər tərəfdən, bu il həm də Zəfərimizin də ildönümüdür.

“Azərbaycan torpaqlarının işğaldan azad olunması prosesinin başa çatmasının 5 illik yubileyi qeyd olunur. Bildiyiniz kimi, sonuncu amnistiya aktı da məhz “Zəfər Aktı” adlandırılmış və 2021-ci ildə qəbul edilib.

Bu mühüm hadisələr – Zəfərimizin 5 illiyi və Konstitusiyanın 30 illiyi dövlət suverenliyi və hüquqi prinsiplərin güclənməsi fonunda belə humanist aktın qəbul edilməsinə müəyyən hüquqi və siyasi əsaslar yaradır. Azərbaycan dövləti hüquqi təbiəti, humanizm və mərhəmət prinsiplərinə əsaslanan dövlət olaraq bu cür qərarları mütəmadi olaraq qəbul edir. Həm amnistiya aktları, həm də cənab Prezident tərəfindən həyata keçirilən əfv sərəncamları da bu prinsiplərin təzahürüdür”.

Yaxın aylarda Milli Məclisin gündəliyinə daxil ola bilər

Ə.Nuriyev onu da əlavə edib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya məsələsinin yenidən gündəmə gəlməsi, əslində dövlət və cəmiyyət arasında dialoqla yanaşı, eləcə də inteqrasiyanın və humanist siyasətin göstəricisidir:

“Bu amnistiya nə vaxt qəbul oluna bilər? Milli Məclisin yaz sessiyasının iclasında qeyd etdiyim məsələ müzakirə predmeti olub. Ənənəvi olaraq belə aktlar ilin əvvəlində və ya ortalarında gündəmə gətirilir. Düşünürəm ki, yaxın aylarda bu məsələ Milli Məclisin gündəliyinə daxil edilə bilər. Əgər planlaşdırma çərçivəsində sessiyanın fəaliyyət planına daxil edilə bilər. Heç şübhəsiz ki, bu, həm Prezidentin siyasi iradəsi, həm də parlamentdəki ümumi siyasi konsensusla bağlı olan məsələdir.

Qeyd etdiyim kimi, Cənab Prezident hər zaman humanizm və mərhəmət prinsiplərini öz fəaliyyətinin əsas istiqamətlərindən biri kimi təqdim edib”.

O eyni zamanda yeni amnistiya aktının qəbul olunmasının kimlərə şamil edilə biləcəyi məsələsinə də aydınlıq gətirib:

“Ənənəvi yanaşmaya əsasən, sosial həssas qruplara – azyaşlı övladı olan qadınlara, hamilə qadınlara, müəyyən yaş həddini keçmiş məhkumlara , sağlamlıq imkanları məhdud və əlilliyi olan şəxslərə, ağır xəstəliklərdən əziyyət çəkən məhkumlara şamil edilə bilər. Eyni zamanda, az ağır və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş şəxslərə də şamil olunması ehtimal edilir.

Cəzasının böyük hissəsini çəkmiş, davranışında islah olunma əlamətləri müşahidə edilən şəxslər də amnistiyadan yararlana bilərlər. Cəzasının bitməsinə bir il qalmış şəxslərə, yetkinlik yaşına çatmayan məhkumlara, şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə də şamil oluna bilər”.

Hüquqşünasın sözlərinə görə, bu dəfə daha geniş bir kateqoriyaya aid şəxslərin amnistiya aktına daxil edilməsi ehtimalı gözləniləndir:

“Ümid edirəm ki, bu dəfə cəmiyyətdə səslənən fikirləri də nəzərə alaraq qəbul ediləcək, Amnistiya Aktı daha geniş və əhatəli olacaq.

Hazırda cəzaçəkmə müəssisələrində müəyyən sıxlıq mövcuddur və bu, idarəetmə baxımından da çətinliklər yaradır. Amnistiya aktı həmçinin bu yükün azaldılmasına xidmət edə bilər. Dünyanın bir çox ölkələrində də bu cür yanaşmalar mövcuddur”.

Kimlər amnistiyaya düşə bilər?

Əliməmməd Nuriyev vurğulayıb ki, elə cinayətlər var ki, onlara amnistiyanın şamil edilməsi ehtimalı yoxdur:

“Bu, xüsusilə ağır cinayətlər – terrorçuluq, dövlətə qarşı cinayətlər və digər ağır kateqoriyalı əməllərlə bağlıdır. Bu da hüquqi və ictimai ədalət prinsipindən irəli gələn bir yanaşmadır.

Amnistiya aktının qəbul edilməsi təkcə azadlığa buraxılan şəxslərin sayı ilə ölçülmür. Bu, eyni zamanda dövlətin humanizm siyasətinin təsdiqi, penitensiar sistemin yüngülləşdirilməsi, məhkumların sosial inteqrasiyası baxımından da mühüm əhəmiyyət kəsb edir. Amnistiya həm də dövlətin gücünün və cəmiyyətdə əmin-amanlığın mühitinin rəmzi kimi çıxış edir. Yalnız güclü dövlətlər belə humanist addımlar ata bilərlər”.

“Azərbaycan dövləti də güclü və oturuşmuş bir dövlətdir”,- deyə o əlavə edib.

“Azərbaycan bunu həm hüquqi islahatlarla, həm də cənab Prezidentin həyata keçirdiyi humanist addımlarla dəfələrlə sübut edib. Əfv sərəncamları, qanunvericiliyin humanizm prinsipləri əsasında təkmilləşdirilməsi, vətəndaşlara göstərilən diqqət və qayğı bu gücün və sabitliyin göstəricisidir.

Düşünürəm ki, yaxın dövrdə – xüsusilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində – yeni bir amnistiya aktının qəbul olunması ehtimalı yüksəkdir. Bu addım həm dövlətin humanist siyasətinin bir daha ifadəsi olacaq, həm də cəmiyyətə verilən önəmli bir ismarıc kimi dəyərləndiriləcək”.

Yekun olaraq o qeyd edib ki, belə bir mühüm hadisə ərəfəsində cəmiyyətdə formalaşan gözləntilər tamamilə təbiidir və buna normal yanaşmaq lazımdır:

“Əlbəttə, bu qərar Milli Məclisin səlahiyyətində olan məsələdir və deputatların iradəsindən asılı olaraq qəbul edilə bilər”,- deyə Ə.Nuriyev bildirib.

Bənzər Xəbərlər

31.05.2026 - 12:50Ariz Əhədov

Qar yağıb, dolu düşüb

30.05.2026 - 11:06Ariz Əhədov

Prezident təbrik məktubu göndərdi

30.05.2026 - 11:00Ariz Əhədov

Rusiya Ermənistandakı səfirini GERİ ÇAĞIRDI

30.05.2026 - 09:40Ariz Əhədov

Qeyri-sabit hava BU TARİXƏDƏK davam edəcək - XƏBƏRDARLIQ 

30.05.2026 - 00:04Ariz Əhədov

Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Bu gecə gözlənilir

29.05.2026 - 23:48Ariz Əhədov

Alidə Hüseynova VƏFAT ETDİ - FOTO

29.05.2026 - 23:35Ariz Əhədov

Azay Möhnətov kimdir? —"İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur?

29.05.2026 - 15:32Ariz Əhədov

DƏHŞƏTLİ avtobus qəzası - Yaralılar var

29.05.2026 - 15:30Ariz Əhədov

Bakıya güclü yağış yağacaq

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 634

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 264

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 034

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 257
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.