Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9053 ▼0.0040
  • 100 RUB 1.9948 ▼0.0050
  • GBP 2.2514 ▼0.0002
  • TRY 0.0345
  • CNY 0.2540 ▲0.0002
  • GEL 0.6557 ▲0.0014
  • 100 KZT 0.3751 ▼0.0023
  • UAH 0.0379 ▲0.0001
  • AED 0.4628
Dünya

“İranın bəzi nüvə obyektləri ABŞ-nin zərbələri nəticəsində dağıdılıb”

“İranın bəzi nüvə obyektləri ABŞ-nin zərbələri nəticəsində dağıdılıb”

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami etiraf edib ki, ölkəsinin bəzi nüvə obyektləri ABŞ-nin iyunda endirdiyi zərbələr nəticəsində məhv edilib. 

Yeniera.az xəbər verir ki, o, bu barədə “Sky News”a danışıb.

Təşkilat rəhbəri beynəlxalq təzyiqlərə və İsrailin növbəti hücum təhlükəsinə baxmayaraq, obyektlərin yenidən qurulacağına söz verib.

“Obyektlərə hərbi hücum zamanı onların zədələnməsi və infrastrukturun məhv olması tamamilə normaldır. Əhəmiyyətli olan elm, texnologiya və sənayenin İran tarixində çoxdankı və dərin köklərə malik olmasıdır” – deyə rəhbər bildirib.

Xatırladaq ki, İranın üç əsas nüvə obyekti – Fordo, Natanz və İsfahan 22 iyunda ABŞ-nin raket zərbələrinə məruz qalıb.

Leyla Cəfərova

 

Paylaş: