Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9094 ▲0.0004
  • 100 RUB 2.0358 ▲0.0068
  • GBP 2.2657 ▲0.0041
  • TRY 0.0343
  • CNY 0.2545 ▲0.0004
  • GEL 0.6546 ▼0.0004
  • 100 KZT 0.3752 ▼0.0003
  • UAH 0.0379
  • AED 0.4628
Dünya

İsrail və İran arasında quru döyüşləri başlayıb? – MOSSAD AÇIQLADI

İsrail və İran arasında quru döyüşləri başlayıb? – MOSSAD AÇIQLADI

İsrailin kəşfiyyat xidməti “Mossad” və xüsusi təyinatlı qüvvələri İran ərazisində yerüstü əməliyyat keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə “Al Arabiya” kanalı mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin məlumatına görə, əməliyyat bu gün gecə həyata keçirilib. Kanal əlavə təfərrüatlar verməyib.

İran mənbələri “Al Arabiya”ya bildiriblər ki, İsrailin hava zərbələri İsfahan şəhərindəki müdafiə müəssisələrinin qərargahlarına endirilib.

Bu gün səhər İsrail Müdafiə Qüvvələri Beyrut və Tehran istiqamətində zərbələr endirildiyini açıqlayıb.
İran mediası isə bir neçə ərazidə İsrail pilotsuz uçuş aparatlarının vurulduğunu xəbər verib.

Bu arada, Tehranda İran İnqilab Keşikçiləri Korpusunun Baş Qərargahı hücuma məruz qalıb

Paylaş: