Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Çıxarışlarla bağlı ŞAD XƏBƏR: Milli Məclisdən önəmli qərar
  • Ali Məhkəmənin hakiminə ağır itki üz verdi
  • Elburus İsmayılov VƏFAT ETDİ – FOTO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Kənd məktəbində rekord: 15 şagirdin 14-ü yüksək balla tələbə oldu

Kənd məktəbində rekord: 15 şagirdin 14-ü yüksək balla tələbə oldu

Cəmiyyət Ariz Əhədov28.08.2025 - 11:27
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Masallı rayonunun Həsənli kənd tam orta məktəbindən məzun olan 15 nəfərdən ibarət bir sinif rayonda rekorda imza atıb. XI “a” sinfinin 14 nəfəri ali, 1 nəfəri isə orta ixtisas təhsili müəssisəsinə qəbul olub. Onların arasında Prezident təqaüdünə namizəd də var.

Yeniera.az xəbər verir ki, AzTV məktəbin uğurlu sinfindən reportaj hazırlayıb.

Prezident təqaüdünə namizəd Zəhra Ramizli reportajda qeyd edib ki, imtahanlarda 684 bal toplayaraq Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisasına qəbul olunub. Bu uğuruna görə müəllimlərinə, valideynlərinə və məktəbin rəhbərliyinə çox təşəkkür edən məzunun məktəblilərə tövsiyəsi də var: “Uşaqlara tövsiyəm odur ki, dərslərini başa düşərək, sevərək və zövq alaraq oxusunlar”.

Məktəbin yüksək ballı daha bir məzunu Qarabağ Universitetini seçib

Həsənli kənd məktəbinin uğurlu şagirdləri arasında Qarabağ Universitetini seçənlər də çoxdur. Məktəbin direktoru Yaqub Ələmov bildirib ki, məktəbi qurtaranlardan 5 nəfəri 600, 5 nəfəri isə 500 baldan yuxarı nəticə göstərib. 600-dən yuxarı nəticə göstərənlərdən 4 nəfəri qızdır. Onlardan biri – Zəhra Ramizli rayon üzrə ən yüksək bal toplayıb. 1 şagirdimiz öz qardaşının yolu ilə gedir. Ötən il də qardaşı 610 balla Qarabağ Universitetini seçmişdi, bu il isə Aydan seçim zamanı həmin universitetə üstünlük verib”.

Aydan Qəriboğlu özü də bu uğuruna və seçiminə görə çox sevinclidir: “Mən çox sevincliyəm ki, Qarabağ torpaqlarında oxuyacağam”.

“Hər qız oxumalıdır”

XI “a” sinfinin məzunlarından biri də Sevinc Hüseynovadır. O, 655.4 bal toplayaraq Dövlət İdarəçilik Akademiyasına qəbul olub: “Sinfimiz yeganə sinifdir ki, əksəriyyətimiz orta təhsili fərqlənmə attestatı ilə bitirib ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmişik. Mənim fikrimcə, hər qız oxumalıdır”.

Həsənli kənd məktəbində bir sinif üzrə qəbul göstəricisi 93 faizə yüksəlib

Məktəbi fərqlənmə ilə bitirənlərdən biri Hüseyn Məmmədzadədir. O, 661 balla Azərbaycan Tibb Universitetinə qəbul olunub.
Sinif rəhbəri Musayeva qeyd edib ki, onun sinfi məktəb illərində kimya üzrə respublika fənn olimpiadalarına qatılaraq yaxşı nəticə göstəriblər. Sinfin şagirdləri arasında hərbi məktəbə qəbul olunanlar da var.

Reportajda 50 ilə yaxındır ki, fəaliyyət göstərən Həsənli kənd tam orta məktəbinin ildən-ilə artan nailiyyəti vurğulanıb. 32 müəllimin çalışdığı məktəbdə ali təhsil müəssisələrinə qəbul nəticələri əvvəlki illərlə müqayisədə yüksək olub. Belə ki, Həsənli kənd məktəbində ötən il bir sinif üzrə qəbul göstəricisi 73 faiz idisə, bu il həmin göstərici 93 faizə yüksəlib. Ümumi Masallı üzrə isə rəqəmlər 98 faizi göstərir.

Bənzər Xəbərlər

19.06.2026 - 12:55Ariz Əhədov

Ali Məhkəmənin hakiminə ağır itki üz verdi

19.06.2026 - 12:30Ariz Əhədov

Prezidentin köməkçisi ŞAD XƏBƏRİ AÇIQLADI:Dövlət Proqramı hazırlanıb

18.06.2026 - 23:28Ariz Əhədov

Bu ixtisas qruplarının ballarında ARTIM OLACAQ

18.06.2026 - 23:20Ariz Əhədov

Prezident AÇIQLADI - Bu məsələ NƏZARƏTƏ götürülür

18.06.2026 - 21:00Ariz Əhədov

Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi

18.06.2026 - 20:26Ariz Əhədov

Gələn həftə 3 gün ardıcıl iş olmayacaq

18.06.2026 - 20:13Ariz Əhədov

Bu rayonda 9 saat qaz olmayacaq

18.06.2026 - 20:00Ariz Əhədov

Hüseyn Orucəliyev vəfat etdi - FOTO

18.06.2026 - 19:15Ariz Əhədov

“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 766

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 181

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 349

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 061
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.