Oktyabrski Rayon Məhkəməsi Krasnodar diyarı Səhiyyə Nazirliyinin rəhbəri Yevgeni Filippov-u vəzifə səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda dələduzluq etməkdə şübhəli bilib və iki ay müddətinə həbs edib.
Yeniera.az xəbər verir ki, regional məhkəmənin mətbuat xidmətinin məlumatına görə, “Filippov 17 may 2026-cı ilə qədər həbsdə saxlanılıb.”
Məhkəmənin qərarına görə, 2015-ci ilin noyabrından 2025-ci ilin dekabrına qədər Filippov Kuban Dövlət Tibb Universitetində kafedra müdiri kimi saxta işə düzəlməklə Səhiyyə Nazirliyinin büdcəsindən 7.517.026,23 rubl mənimsəyib.
Hüquq-mühafizə orqanları bildirir ki, Filippov qanunsuz yolla əldə edilmiş vəsaitlərdən istifadə edərək 1 milyard rubldan çox dəyərində daşınmaz əmlak əldə edib.
Dünən məlum olub ki, Filippov vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı dələduzluq işi çərçivəsində həbs edilib.
YENİERA.AZ

