Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Hava kəskin dəyişəcək – bu tarixdə…
  • Pay torpaqları əhalidən alınmayacaq – “Narahatlıqların heç bir əsası yoxdur”
  • Rus generaldan Bakıya SENSASİON xəbərdarlıq – Nə baş verir?
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Manşet»Milli Qəhrəmanın xanımına vəzifə verilib – FOTO

Milli Qəhrəmanın xanımına vəzifə verilib - FOTO

Manşet Yeni Era07.01.2026 - 15:57
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası yeni tərkibdə ilk iclasını keçirib. Müşahidə Şurası Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Milli QHT Forumu, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin nümayəndələrindən ibarətdir.

Yeniera.az Modern.az-a istinadla xəbər verir ki, QHT Agentliyinin Müşahidə Şurasında təmsil olunanlardan biri şəhid xanımıdır.

Bu, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi İdarə Heyətinin üzvü Fizzə Mirzəyevadır.

Fizzə Mirzəyeva Azərbaycanın Milli Qəhrəmanı, “Aprel şəhidi” polkovnik-leytenant Murad Mirzəyevin həyat yoldaşıdır. O, qarşıdakı 4 ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, Murad Mirzəyev 1976-cı ilin martın 31-də Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. O, 1991–1994-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb Daha sonra təhsilini Türkiyədə davam etdirib və 1998-ci ildə ali hərbi məktəbi bitirib.

Murad Mirzəyev ABŞ, Rumıniya və İordaniyada hərbi təlimlərdə iştirak edib. Gəncə şəhərində “N” saylı hərbi hissədə hərbi xidmətə başlayıb. Sonralar isə Xüsusi Təyinatlı Qüvvələrin zabiti olub. Xidmətə başlamasının 10-cu ilində Murad Mirzəyev “Qüsursuz xidmətə görə”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)” yubiley medalları və “Qızıl Ulduz” medalı ilə təltif olunub.

O, 2016-cı il Aprel döyüşlərində komandiri olduğu qrup ilə birlikdə Talış kəndi ətrafındakı yüksəklikləri düşməndən azad edib və baş verən qeyri–bərabər döyüşdə şəhid olub. Dövlət başçısının sərəncamı ilə Murad Mirzəyev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Murad Mirzəyevin 2009-cu il təvəllüdlü Nurlan və 2011-ci il təvəllüdlü Dəniz adında iki övladı yadigar qalıb.

Bənzər Xəbərlər

12.06.2026 - 22:40Ariz Əhədov

Bakıda DƏHŞƏT - Bu mərkəzdə kişilərə işgəncə verilirmiş - ŞOK FAKTLAR

12.06.2026 - 22:00Ariz Əhədov

Naxçıvana uçan təyyarələr Bakıya GERİ QAYITDI

12.06.2026 - 18:35Ariz Əhədov

Netanyahu İlham Əliyevi təbrik etdi

12.06.2026 - 18:31Ariz Əhədov

Prezident fərman imzaladı

12.06.2026 - 15:55Ariz Əhədov

Nəcməddin Sadıkovla bağlı ŞOK SİRLƏR açıqlandı - Əsgərləri qırğına belə göndərib

12.06.2026 - 15:45Ariz Əhədov

Prezidentin köməkçisindən icra başçılarına çağırış

12.06.2026 - 15:29Ariz Əhədov

Azərbaycanda zəlzələ OLDU

12.06.2026 - 12:25Ariz Əhədov

Prezident həmkarını təbrik etdi

12.06.2026 - 11:25Ariz Əhədov

İlham Əliyev Putini təbrik etdi 

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 753

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 342

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 057

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 290
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.