Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Milyonlarla mobil telefon İŞLƏMƏYƏCƏK: Cəmi bir neçə gün qaldı
  • Nazirdən ukraynalılara TƏCİLİ ÇAĞIRIŞ: Ərzaq ehtiyatı yığın!
  • Göydə “tualet böhranı” – pilotlar təyyarəni məcburi olaraq yerə endirdilər
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Maraqlı»Milyonlarla mobil telefon İŞLƏMƏYƏCƏK: Cəmi bir neçə gün qaldı

Milyonlarla mobil telefon İŞLƏMƏYƏCƏK: Cəmi bir neçə gün qaldı

Maraqlı Gülnar Əliyeva03.09.2026 - 23:50
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Türkiyədə qeydiyyatdan keçirilməyən telefonların istifadə müddəti başa çatır və bu cihazlar hər an rabitəyə bağlana bilər.

Yeniera.az xəbər verir ki, ölkədəki yüksək qiymətlərə görə telefon almaq istəməyənlər xaricdən gətirdikləri cihazlardan bir təqvim ili ərzində 4 ay boyunca istifadə edə bilirlər.

Lakin telefonda iki SIM-kart yuvası və ya bir SIM-kart yuvası ilə e-SIM dəstəyi varsa, bu müddət 8 aya qədər uzanır.

Belə ki, 4 ay fiziki SIM-kartdan, növbəti 4 ay isə e-SIM və ya ikinci fiziki SIM-kart yuvasından istifadə olunur.

Xaricdə satılan telefonlar Türkiyə ilə müqayisədə daha ucuzdur. Bəzi vergilərin olmaması və “Tax Free” avantajı ilə ödənilən ƏDV-nin ölkədən çıxarkən nağd və ya karta geri qaytarılması qeydiyyatsız telefon almağı cəlbedici edir.

Məlumata görə, xaricdən alınan telefona yerli operatorların SIM-kartı taxıldıqda 120 günlük qanuni istifadə müddəti başlayır.

Amma buradakı ən kritik məqam müddətin karta taxıldığı andan deyil, İnformasiya Texnologiyaları və Rabitə Qurumu (BTK) tərəfindən göndərilən rəsmi xəbərdarlıq SMS-inin gəldiyi tarixdən etibarən hesablanmasıdır.

SMS gəldikdən sonra 4-cü ayın tamamında telefon şəbəkəyə bağlanır. Bu zaman e-SIM və ya ikinci SIM-kart yuvasına keçid edilərək daha 4 ay istifadə imkanı yaranır. İkinci mərhələdə də 4 aylıq müddət xəbərdarlıq mesajı gəldikdən sonra hesablamağa başlayır.

Nümunə üçün, telefon 1 mayda alınıbsa, ilk 4 aylıq dövr 31 avqustda başa çatır. İkinci SIM-kart və ya e-SIM-ə keçdikdə isə 1 sentyabr – 31 dekabr tarixləri arasında növbəti 4 ay tamamlanır. Lakin bu nöqtədən sonra yeni təqvim ili başladığı üçün cihazı növbəti ilin 1 yanvar – 31 avqust tarixləri arasında da istifadə etmək mümkün olur. Beləliklə, istifadəçilər telefonu aralıqsız 16 ay işlədə bilirlər.

16 aylıq müddət bitdikdən sonra telefon ya xaricdə ikinci əl kimi, ya ölkə daxilində ehtiyat hissəsi kimi dəyərindən ucuz satılır, ya da rəsmi qeydiyyat rüsumu ödənilərək leqallaşdırılır.

Android əməliyyat sistemli telefonlara qanunsuz yolla IMEI kodu yazılaraq istifadəsi təmin edilir. İşlək və ucuz telefonların IMEI kodları xaricdən gətirilən son model cihazlara köçürülür və bağlanma riski olmadan işlədilir. Android telefonlara IMEI yazılması təxminən 1000–2000 lirəyə başa gəlir. iOS (iPhone) sistemli cihazlarda isə bu əməliyyatı etmək mümkün deyil.

Yeni təqvim ilinə keçildikdə “qara siyahı”ya düşmüş telefonların yenidən şəbəkəyə qoşulması 5 günə qədər vaxt apara bilər.

Qeyd edək ki, 2026-cı ildən etibarən Türkiyədə xaricdən gətirilən telefonların IMEI qeydiyyat rüsumu 54 min 258 lirə təşkil edir.

Musavat.com

Bənzər Xəbərlər

03.09.2026 - 23:42Gülnar Əliyeva

Nazirdən ukraynalılara TƏCİLİ ÇAĞIRIŞ: Ərzaq ehtiyatı yığın!

03.09.2026 - 23:25Gülnar Əliyeva

Göydə “tualet böhranı” – pilotlar təyyarəni məcburi olaraq yerə endirdilər

03.09.2026 - 23:10Gülnar Əliyeva

Tanınmış müğənniyə ağır itki 

03.09.2026 - 23:00Gülnar Əliyeva

Qəribə hərəkətlər edən sərnişini kresloya bağladılar

03.09.2026 - 22:38Gülnar Əliyeva

Paşinyan Moskvaya meydan oxudu - “Aİ-dən imtina etməyəcəyik!”

03.09.2026 - 22:35Gülnar Əliyeva

Gəmi qəzasında ölənlərin sayı artdı

03.09.2026 - 22:33Gülnar Əliyeva

Prezidentin qərarı: Sentyabrdan onlara böyük güzəşt ediləcək – SİYAHI 

03.09.2026 - 22:20Gülnar Əliyeva

Bakının bu rayonunda 15 bina söküləcək

03.09.2026 - 22:00Gülnar Əliyeva

“Məni “düşmən” elan etmək onların maraqlarına xidmət edir”

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 954

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 025

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 968

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 774
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.