Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9053 ▼0.0040
  • 100 RUB 1.9948 ▼0.0050
  • GBP 2.2514 ▼0.0002
  • TRY 0.0345
  • CNY 0.2540 ▲0.0002
  • GEL 0.6557 ▲0.0014
  • 100 KZT 0.3751 ▼0.0023
  • UAH 0.0379 ▲0.0001
  • AED 0.4628
Dünya

Minlərlə Qəzzalı evlərinə qayıdır

Minlərlə Qəzzalı evlərinə qayıdır

Qəzza zolağında atəşkəsin tətbiqi ilə minlərlə fələstinli Qəzza zolağının cənubundan şimala qayıtmağa başlayıb.

Yeniera.az xəbər verir ki, İsrail ordusu atəşkəsin yerli vaxtla saat 12:00-da qüvvəyə mindiyini elan etdikdən sonra Qəzza zolağının cənubuna qaçmaq məcburiyyətində qalan fələstinlilər Qəzza şəhərindəki evlərinə qayıdırlar.

Fələstinlilər geri qayıdarkən Qəzzanın mərkəzi və cənubundan şimala keçid olan Rəşid küçəsindən istifadə edirlər.

Ordudan verilən yazılı açıqlamada İsrail əsgərlərinin qismən “sarı xətt”ə çəkilməsinin tamamlandığı bildirilib.

Yeganə

Paylaş: