Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bu ərazilərdə qaz kəsiləcək
  • Nazirlər Kabinetindən mühüm qərar: Bakı şəhəri ərazisində…
  • DTX rəisindən ÖNƏMLİ AÇIQLAMA: “Ciddi təhdiddir…”
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Nazirliklərdə islahatlar başlayır – kimlər kreslosunu itirəcək?

Nazirliklərdə islahatlar başlayır - kimlər kreslosunu itirəcək?

Siyasət Ariz Əhədov04.09.2025 - 11:53
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycanda yaxın aylarda bir sıra nazirlik, dövlət komitələri və digər dövlət qurumlarında genişmiqyaslı islahatların aparılması planlaşdırılır.

Yeniera.az Modern.az-a istinadən xəbər verir ki, islahatların əsas məqsədi dövlət idarəçiliyində köhnədən qalmış ənənələrin aradan qaldırılması, strukturun rasionallaşdırılması və büdcə xərclərinin azaldılmasıdır.

Məlumata görə, hazırda nazirlik və komitələrin əksəriyyətində araşdırmalar aparılır. Bu proses nəticəsində bəzi idarə, şöbə və sektorların ləğv olunacağı, bəzilərinin isə birləşdiriləcəyi gözlənilir.

Hələlik dəqiq siyahı açıqlanmasa da, islahatların dövlət idarəetmə aparatının böyük hissəsini əhatə edəcəyi vurğulanır.

Bu addım həm idarəetmədə çevikliyi artıracaq, həm də dövlət büdcəsinə qənaət imkanı yaradacaq. Son illərdə eyni funksiyaları yerinə yetirən bir çox qurumların paralel fəaliyyət göstərməsi əlavə xərclərə səbəb olub. Yeni modeldə isə idarəçilik daha optimallaşdırılmış və nəticəyönlü şəkildə qurulacaq.

İslahatların mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır. İlk mərhələdə struktur dəyişikliyi, ikinci mərhələdə isə rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin sadələşdirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Prezident İlham Əliyevin bir neçə gün əvvəl imzaladığı fərmana əsasən, “Rəqəmsal dövlət maliyyəsi” sistemi yaradılır. Bu sistemlə büdcəyə gələn bütün pullar – vergilər, gömrük, rüsumlar, dövlət şirkətlərinin mənfəət və dividendləri vahid mərkəzdə izlənəcək. Həmçinin dövlət qurumlarının maaşları, layihələri, investisiya xərcləri və satınalmaları elektron qaydada aparılacaq.

Yeni sənəd dövlət büdcəsinin gəlir və xərclərinin şəffaf izlənməsi, maliyyə intizamının gücləndirilməsi və rəqəmsal nəzarət mexanizmlərinin tətbiqini nəzərdə tutur. Maliyyə Nazirliyi yeni sistem çərçivəsində dövlət şirkətlərinin illik və ortamüddətli büdcə layihələrinin, gəlir və xərclər smetalarının icrasını müntəzəm monitorinq edəcək və nəticələri Prezidentə təqdim edəcək. Dövlət investisiya layihələrinin maliyyə ekspertizası aparılacaq, büdcədən ayrılan vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət gücləndiriləcək.

Fərman həmçinin satınalma proseslərinin yalnız elektron müqavilələr əsasında aparılmasını tələb edir. Dövlət qurumlarının ştat vahidləri, maaş fondları və struktur xərcləri də maliyyə ekspertizasından keçiriləcək və optimallaşdırılacaq. Maliyyə Nazirliyi ilə yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yeni sistemin texniki təhlükəsizliyini və elektron hökumət platformalarına inteqrasiyasını təmin edəcək.

 

Bənzər Xəbərlər

17.09.2026 - 22:13Gülnar Əliyeva

Bu ərazilərdə qaz kəsiləcək

17.09.2026 - 22:11Gülnar Əliyeva

Nazirlər Kabinetindən mühüm qərar: Bakı şəhəri ərazisində...

17.09.2026 - 22:10Gülnar Əliyeva

DTX rəisindən ÖNƏMLİ AÇIQLAMA: "Ciddi təhdiddir..."

17.09.2026 - 22:09Gülnar Əliyeva

Ramiz Mehdiyevin xanımı və oğlu ilə bağlı mühüm GƏLİŞMƏ

17.09.2026 - 17:20Gülnar Əliyeva

Prezidentin təltif etdiyi Famil Qasımov KİMDİR? - DOSYE

17.09.2026 - 17:05Gülnar Əliyeva

DSK-lar yenidən formalaşdırılır - Yenilənib

17.09.2026 - 16:50Gülnar Əliyeva

Şəhid atası vəfat etdi - Foto

17.09.2026 - 16:25Gülnar Əliyeva

ŞAD XƏBƏR: Bu şəxslərin əməkhaqqısı artırılıb

17.09.2026 - 16:16Gülnar Əliyeva

Prezident SƏRƏNCAM İMZALADI

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 056

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 092

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 019

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 812
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.