Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7004
  • EUR 1.9061
  • 100 RUB 2.0970
  • GBP 2.2754
  • 100 TRY 3.4208
  • CNY 0.2542
  • GEL 0.6547
  • 100 KZT 0.3775
  • 100 UAH 3.7632
  • AED 0.4630
İdman

Nəriman Axundzadənin ABŞ-yə səfəri gecikir – SƏBƏB

Nəriman Axundzadənin ABŞ-yə səfəri gecikir – SƏBƏB

“Qarabağ”ın sabiq futbolçusu Nəriman Axundzadənin MLS (ABŞ) təmsilçisi “Kolumbus Kru” klubuna səfəri gecikib.

News24.az-ın əldə etdiyi məlumata görə, 22 yaşlı hücumçunun ABŞ-yə yola düşməsi viza prosesində yaranmış gecikmə səbəbindən ləngiyib.

Qeyd edək ki, Ohayo ştatını təmsil edən “Kolumbus Kru” Nəriman Axundzadə ilə uzunmüddətli müqavilə imzalayıb. Tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən, anlaşma 2029-cu ilin iyun ayına qədər qüvvədə olacaq.

Paylaş: