Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Naxçıvanda ağır qəza oldu – Ölən və yaralananlar var
  • Bakıda kişi qadını mağazada döydü – Saxlanıldı – VİDEO
  • Sabah bu ərazilərdə qaz kəsiləcək
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Niyaməddin Musayevin qızı danışdı: “FHN-dən…” – Özəl açıqlama + Audio

Niyaməddin Musayevin qızı danışdı: “FHN-dən…” – Özəl açıqlama + Audio

Cəmiyyət Emin Farzaliyev27.01.2026 - 23:56
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Niyaməddin Musayevin qızı hər şeyi DANIŞDI: “FHN-dən…” – ÖZƏL AÇIQLAMA + AUDİO

Son günlər Xalq artisti Niyaməddin Musayevin qızı Röya Musayeva haqqında informasiyalar mediada böyük müzakirələrə səbəb olub.

Bu gün mediada Röya Musayevanın Fövqəladə Hallar Nazirliyində tutduğu vəzifəsindən azad olunması barədə xəbərlər yayılıb.

Manşet.az saytının yazdığına görə,bununla bağlı bir müddət əvvəl fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Bu,informasiya da birmənalı qarşılanmayıb.Müəyyən çaşqınlıq yaradıb.

Yaranan suallarla bağlı Röya Musayeva Oxu24.com saytına özəl müsahibə verib.

Həmin müsahibədən bir hissəni təqdim edirik:

-Röya xanım,bu gün yerli mediada Sizin vəzifənizdən azad olunmağınız  barədə məlumat yayıldı.Bu informasiya müəyyən suallara səbəb oldu. Siz nə zaman vəzifənizdən azad olunmusunuz?

-Bütün bunlar yalnış informasiyalardır.Mən  Kanadaya köçməmişdən öncə ərizəmi yazıb,işdən çıxmışam.Bundan əvvəl yazılan xəbərlərdə də,mənim həmin Nazirlikdə işlədiyim yazılmışdı.Yəni,əvvəllər işləmişəm,hazırda yox…Yayılan xəbərdə hazırda orada  işləyir yazılmamışdı axı… Bu xəbərlər hardan çıxdı?


-Röya xanım,sosial şəbəkələrdə Sizin müğənni Təranə Qumralın müraciətindən sonra işdən çıxarılmağınız yazılır.Buna münasibətiniz?

-Xeyr,bu tamamı ilə əsassız xəbərlərdir.Dedim axı,saytlarda yazılan informasiyalarda “işləyib” yazılmışdı.Öz ərizəmlə illər öncə işdən azad olunmuşam.Xahiş edirəm,bu xəbərləri yazarkən Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəsmi məlumatlarına istinad edin.Orada hər şey yazılıb.Bəzi jurnalistlər,adamlar  qruplaşma yaradıblar.Müəyyən təbliğatlar aparırlar.Ayıbdır,vallah…Qurumla,durumun mənasını ayırd edə bilməyən adam məni işdən necə çıxartdıra bilərki?…Mümkünatsız şeydir…

-Röya xanım,ən çox müzakirə mövzusu Sizin “polkovnik” rütbənizlə bağlıdır.Münasibətiniz?

– Yalnışdır…Məni bu cürə mənasız suallarla narahat etməyin…Əsassızdır…

-Bəs,Sizin vətəndaşlarla,şəhid ailələri ilə görüşləriniz olub.Həmin görüşlərdən fotolar var…

-Mən Nazirliyin işçisi olmuşam.Vətəndaşlarla görüşməyim normal haldır.Burada nə varki?

-Siz məni doğru başa düşmədiniz…Formada görüşünüzü nəzərdə tuturam…

-Hamısı boş iddialardır…Sübutlarla gəlin,insanları boş-boş ittiham etməyin.Hamısı o xanımın iddialarıdır.Yaxında özüm geniş açıqlama verəcəm,sağolun…

Müsahibəni apardı: Miri Məcidli

Bənzər Xəbərlər

19.07.2026 - 20:11Gülnar Əliyeva

Naxçıvanda ağır qəza oldu - Ölən və yaralananlar var

19.07.2026 - 20:01Gülnar Əliyeva

Bakıda kişi qadını mağazada döydü - Saxlanıldı - VİDEO

19.07.2026 - 19:58Gülnar Əliyeva

Sabah bu ərazilərdə qaz kəsiləcək

19.07.2026 - 00:30Gülnar Əliyeva

Müctəba Xamenei üzə çıxdı və görün nə dedi - ŞOK TƏHDİD

18.07.2026 - 22:31Gülnar Əliyeva

Başqalarının hissləri ilə ustalıqla oynayan BÜRCLƏR

18.07.2026 - 21:36Gülnar Əliyeva

Moskva ilə bağlı xəbərdarlıq: 2 gün davam edəcək

18.07.2026 - 10:38Gülnar Əliyeva

Türkiyədə güclü ZƏLZƏLƏ OLDU

18.07.2026 - 10:11Gülnar Əliyeva

Pensiya alanların nəzərinə

17.07.2026 - 22:55Gülnar Əliyeva

Azərbaycan mədəniyyətinə AĞIR İTKİ - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 100

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 455

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 493

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 356
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.