Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8992 ▼0.0061
  • 100 RUB 2.0276 ▲0.0328
  • GBP 2.2468 ▼0.0046
  • TRY 0.0344 ▼0.0001
  • CNY 0.2539 ▼0.0001
  • GEL 0.6553 ▼0.0004
  • 100 KZT 0.3762 ▲0.0011
  • UAH 0.0377 ▼0.0002
  • AED 0.4628
Dünya

Paşinyan Qazaxıstana səfər edəcək

Paşinyan Qazaxıstana səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstana rəsmi səfərinin tezliklə baş tutacağını açıqlayıb.

Yeniera.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə Respublika Günü münasibətilə yazdığı təbrik mesajında ​​bildirib.

“Ümid edirəm ki, yaxın gələcəkdə baş tutması planlaşdırılan Qazaxıstana rəsmi səfərim zamanı dostluq, rifah və gələcəyə yönəlmiş ikitərəfli strateji münasibətlərin inkişafı naminə Ermənistan-Qazaxıstan dövlətlərarası gündəliyini müzakirə edəcəyik”, – Paşinyan qeyd edib.

O, mesajında ​​həmçinin Tokayevin rəhbərliyi altında Qazaxıstanda müstəqilliyin möhkəmləndirilməsinə, institutların inkişafına və ölkənin sosial-iqtisadi rifahının təşviqinə yönəlmiş islahatların vacibliyini vurğulayıb.

Xatırladaq ki, avqustun əvvəlində Qazaxıstan liderinin mətbuat xidməti Paşinyanın ölkəyə rəsmi səfərinə hazırlıqların aparıldığını açıqlamışdı. Səfərin 2025-ci ilin sonlarına planlaşdırıldığı bildirilirdi.

Paylaş: