Yeniera.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Kərki kəndi də digər anklavlar kimi Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29.743 kvadrat kilometrlik ərazisinin bir hissəsi deyil.
N.Paşinyan əlavə edib ki, faktı demək bir şeydir, yerində həll isə tamamilə başqa şeydir: “Hazırda razılaşma yoxdur. Mənim əsas vəzifəm normal həllərə nail olmaq üçün gərginliyi sakitləşdirməkdir. Amma kimsə Kərkinin Ermənistanda olduğunu deyirsə, bu, ərazinin 29.743 kvadrat kilometr deyil, məsələn, 29.750 kvadrat kilometr olduğunu deməkdir. Bu, müharibə elan etmək deməkdir”.
Bununla belə Baş nazir söyləyib ki, Ararat Tiqranaşen (Kərki-red.) icması olub və olacaq, amma hansı sərhədlər daxilində və harada olması tamamilə başqa məsələdir.

