Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8669 ▲0.0003
  • 100 RUB 2.0809 ▲0.0072
  • GBP 2.2284 ▲0.0001
  • TRY 0.0336
  • CNY 0.2547 ▼0.0001
  • GEL 0.6566 ▲0.0002
  • 100 KZT 0.3732 ▼0.0045
  • UAH 0.0378
  • AED 0.4628
Dünya

Putin və Kim Çen In arasında Pekində baş tutan danışıqlar başa çatıb – YENİLƏNİB

Putin və Kim Çen In arasında Pekində baş tutan danışıqlar başa çatıb – YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In Pekində təkbətək formatda danışıqları başa çatdırıblar.

Yeniera.az Rusiya KİV-inə istinadən xəbər verir ki, söhbət təxminən bir saat davam edib.

Daha əvvəl onlar nümayəndə heyətlərinin iştirakı ilə 1,5 saatdan çox davam edən danışıqlar aparıblar.

Beləliklə, danışıqlar ümumilikdə 2,5 saatdan bir qədər çox davam edib.

***

Rusiya Prezidenti Vladimir Putin və Koreya Xalq Demokratik Respublikasının lideri (KXDR) Kim Çen In nümayəndə heyətlərinin iştirakı ilə keçirilən rəsmi danışıqlardan sonra təkbətək formatda söhbəti davam etdirirlər.

Bu barədə Yeniera.az Rusiya KİV-lərinə istinadən xəbər verir.

Liderlərin Pekindəki təntənəli tədbirlər çərçivəsində danışıqları 1,5 saatdan çox davam edib.

Paylaş: