Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8992 ▼0.0061
  • 100 RUB 2.0276 ▲0.0328
  • GBP 2.2468 ▼0.0046
  • TRY 0.0344 ▼0.0001
  • CNY 0.2539 ▼0.0001
  • GEL 0.6553 ▼0.0004
  • 100 KZT 0.3762 ▲0.0011
  • UAH 0.0377 ▼0.0002
  • AED 0.4628
Dünya

Putin və Zelenski bir-birlərinə o qədər nifrət edirlər ki… – Tramp

Putin və Zelenski bir-birlərinə o qədər nifrət edirlər ki… – Tramp

ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında görüşü istisna etməyib, lakin onun təşkilinin asan olmayacağını deyib.

Yeniera.az xəbər verir Fox News-a açıqlamasında Ağ Ev rəhbəri yeddi müharibəni dayandırdığını və Ukrayna ilə Rusiya arasında müharibəni dayandırmaq istədiyini xatırladıb. O bunun asan olacağını düşünürüm, amma əslində çətin olduğu ortaya çıxıb.

“Zelenski ilə Putin arasında nifrət hədsizdir. Onlar bir-birlərinə nifrət edirlər. Düşünürəm ki, mən danışmalı olacağam. Məsələni bu və ya digər şəkildə həll edəcəyik. Onlar bir-birlərinə o qədər nifrət edirlər ki, nəfəs ala bilmirlər. Ona görə də mən müdaxilə etməliyəm”.

ABŞ prezidenti həmçinin Ukrayna və Rusiya arasında danışıqların olacağını proqnozlaşdırır, lakin danışıqların hansı formatda – ikitərəfli və ya üçtərəfli olacağını dəqiqləşdirməyib.

“Danışıqlar olacaq. Amma yəqin ki, mən müdaxilə etməliyəm. Putin və Zelenski bir-birlərinə o qədər nifrət edirlər ki, çətinliklə danışa bilirlər. Sadəcə olaraq, bir-biri ilə danışa bilmirlər”, – Tramp əlavə edib.

Paylaş: