Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib.
YENİERA.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb.
Xatırladaq ki, hazırda maliyyə naziri Sahil Babayevdir.


