Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8992
  • 100 RUB 2.0276
  • GBP 2.2468
  • TRY 0.0344
  • CNY 0.2539
  • GEL 0.6553
  • 100 KZT 0.3762
  • UAH 0.0377
  • AED 0.4628
Dünya

Sarkozinin məhkəməsi 2026-cı il martın 16-da başlayacaq

Sarkozinin məhkəməsi 2026-cı il martın 16-da başlayacaq

Fransanın keçmiş prezidenti Nikola Sarkozinin seçki kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsi işi üzrə apellyasiya məhkəməsi Paris Apellyasiya Məhkəməsinin kommünikesinə əsasən, 2026-cı il martın 16-da başlayacaq.

Yeniera.az xəbər verir ki, işə məhkəmənin İstintaq Kollegiyasında baxılacağı bildirilir.

“Liviyanın qondarma maliyyələşdirilməsi ilə bağlı işə Apellyasiya Məhkəməsi 2026-cı il martın 16-dan iyunun 3-dək baxacaq”, – mətndə deyilir.

2007-2012-ci illərdə vəzifədə olan 70 yaşlı keçmiş Fransa prezidenti sentyabrın 25-də Liviya kampaniyasının maliyyələşdirilməsi işində cinayətkar qruplaşmada iştirakda təqsirli bilinib, lakin dövlət vəsaitlərinin mənimsənilməsini gizlətmək və passiv korrupsiya ittihamlarından bəraət alıb.

Bununla belə, məhkəmə 2007-ci il seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsinə dair heç bir sübut tapmayıb. Sarkozi 5 il müddətinə azadlıqdan məhrum edilib. Oktyabrın 21-də 21 gün qaldığı Parisin 14-cü rayonunda yerləşən Sante həbsxanasında bir nəfərlik kamerada cəza çəkməyə başlayıb.

Yeganə

Paylaş: