Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Ramiz Mehdiyevlə bağlı o sirr açıqlandı – Məbləğ ŞOKA SALACAQ
  • Məşhur bloqerdən Azərbaycanla bağlı maraqlı paylaşım – Video
  • Daşqına baxmayaraq subasan kilsədə evləndilər – Video
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»Sevgilisinə mesaj yazdı, səhvən arvadına göndərdi – Evdə dava düşdü, iş məhkəmədə bitdi

Sevgilisinə mesaj yazdı, səhvən arvadına göndərdi - Evdə dava düşdü, iş məhkəmədə bitdi

Hadisə Gülnar Əliyeva01.09.2026 - 16:05
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Sevgilisinə göndərmək istədiyi mesajı səhvən həyat yoldaşına göndərən kişi sonradan ailə münaqişəsinin mərkəzinə çevrilib. İllərlə davam edən evlilik, başqa qadınlarla münasibət iddiaları və evdə saxlanıldığı deyilən 100 min manat pul… Tərəflər arasındakı mübahisə sonda fiziki qarşıdurmaya çevrilib və məsələ məhkəməyə qədər gedib.

Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, hadisə 2026-cı ildə gecə saatlarında tərəflərin yaşadığı evdə baş verib. Ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı kişi həyat yoldaşını əli ilə vurub.

Nəticədə qadının sağ saidində, sağ dirsək büküşündə və sol baldırında qançırlar, sağ budunda və sağ baldırında hematomalar yaranıb. Ekspertiza xəsarətləri sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər kimi qiymətləndirib.

Məhkəmədə təqsirləndirilən şəxs ittihamı qismən qəbul edib. O bildirib ki, həyat yoldaşı ilə 2015-ci ildə rəsmi nikaha daxil olub və onların iki azyaşlı övladı var.

Onun sözlərinə görə, ailədə uzun müddətdir əmlak və pul məsələləri ilə bağlı mübahisələr yaşanıb. Təqsirləndirilən şəxs bildirib ki, həyat yoldaşı yaşadıqları evin və valideynlərinə məxsus digər evlərin uşaqların adına keçirilməsini tələb edib.

Daha sonra qadın evdə 100 min manat pul olduğunu və həmin vəsaitin yoxa çıxdığını bildirib. Təqsirləndirilən şəxs isə evdə belə məbləğdə pul olmadığını deyib. Onun sözlərinə görə, xırda məbləğlərdə vəsait olub və həmin pullar valideynlərinin müalicəsinə xərclənib.

Hadisə günü tərəflər arasında yenidən pul üstündə mübahisə yaranıb. Kişi bildirib ki, həyat yoldaşı onun üzünə üç dəfə tüpürüb və nalayiq sözlər işlədib. Bundan əsəbiləşərək qadının sifət nahiyəsinə bir dəfə sillə vurduğunu etiraf edib.

O bildirib ki, qadın yıxılaraq paltar dolabına dəyib. Daha sonra üzərinə gəldiyi üçün onu əli ilə itələyib. Təqsirləndirilən şəxsin iddiasına görə, qadın sonradan özünü dolaba vuraraq “sən məni vurdun” deyib və hadisəni qəsdən başqa cür göstərib.

Zərərçəkmiş qadın isə məhkəmədə fərqli ifadə verib. O, ərinin mübahisə zamanı onu yumruqla bir neçə dəfə baş nahiyəsindən, qollarından və ayaqlarından vurduğunu bildirib.

Qadının sözlərinə görə, ailədəki son mübahisənin əsas səbəblərindən biri 100 min manat pul olub. O bildirib ki, həmin vəsait birgə nikah dövründə onların qazancı hesabına toplanıb və yataq otağında, ərinin qırmızı rəngli gödəkçəsinin cibində saxlanılıb.

Qadın ərinin 2025-ci ilin dekabrında bir neçə gün rayonda olduğunu, həmin vaxt evdəki 100 min manatın yoxa çıxdığını gördüyünü deyib. Ərindən pulun harada olduğunu soruşduqda isə kişi vəsaitin anasında olduğunu və həmin pulla obyekt alacağını bildirib.

Bundan sonra qadın ərinin valideynləri ilə də danışıb və pulun qaytarılmasını tələb edib.

Məhkəmədə zərərçəkmiş şəxs ailədə problemlərin yalnız pulla bağlı olmadığını da bildirib. Onun sözlərinə görə, ərinin başqa qadınlarla qeyri-rəsmi münasibətlərindən şübhələnib və bu səbəbdən dəfələrlə mübahisələri olub.

Qadın ərinin mobil telefonunu yoxlayarkən müxtəlif qadınlarla yazışmalar gördüyünü, hətta bir dəfə kişinin başqa qadına göndərmək istədiyi mesajı səhvən ona göndərdiyini bildirib.

Hadisə zamanı tərəflərin iki azyaşlı övladı da evdə olub. Mübahisədən sonra qadın uşaqları ilə birlikdə valideynlərinin evinə gedib və həmin vaxtdan orada yaşadığını deyib.

Zərərçəkmiş şəxs ərindən şikayətçi olduğunu və onunla barışmadığını bildirib. O, kişinin cinayət məsuliyyətinə cəlb olunmasını və barəsində qanuni tədbir görülməsini istəyib.

Təqsirləndirilən şəxs isə törətdiyi əməldən peşman olduğunu deyərək məhkəmədən yüngül cəza istəyib.

Məhkəmə müttəhimi Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib. Ona 1000 manat məbləğində cərimə cəzası təyin edilib.

Bənzər Xəbərlər

02.09.2026 - 16:31Gülnar Əliyeva

Ramiz Mehdiyevlə bağlı o sirr açıqlandı - Məbləğ ŞOKA SALACAQ

02.09.2026 - 16:04Gülnar Əliyeva

Daşqına baxmayaraq subasan kilsədə evləndilər - Video

02.09.2026 - 15:50Gülnar Əliyeva

Xoşqədəm Hidayətqızına elə sözlər dedi ki... - ŞOK İTTİHAM

02.09.2026 - 15:38Gülnar Əliyeva

Prokurorluq orqanlarında işləmək üçün test imtahanında iştirak edəcək namizədlərin nəzərinə

02.09.2026 - 15:25Gülnar Əliyeva

DİN əməliyyat keçirdi:Həmin qadınlar həbs edildi +VİDEO

02.09.2026 - 14:55Gülnar Əliyeva

Rövşən Nəcəf Orxan İsmayılova VƏZİFƏ verdi

02.09.2026 - 14:05Gülnar Əliyeva

Orta və kiçik tibb heyətinin maaşı necə artırılır?

02.09.2026 - 13:38Gülnar Əliyeva

İlham Əliyev mühüm FƏRMAN İMZALADI

02.09.2026 - 13:12Gülnar Əliyeva

Sabah 32° isti olacaq

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 949

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 024

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 967

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 773
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.