Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Çıxarışlarla bağlı ŞAD XƏBƏR: Milli Məclisdən önəmli qərar
  • Ali Məhkəmənin hakiminə ağır itki üz verdi
  • Elburus İsmayılov VƏFAT ETDİ – FOTO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Seyfəddin Hüseynlidən mərhum qardaşları ilə bağlı yayılan xəbərə – REAKSİYA

Seyfəddin Hüseynlidən mərhum qardaşları ilə bağlı yayılan xəbərə - REAKSİYA

Cəmiyyət Ariz Əhədov27.08.2025 - 16:08
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən amansızlıqla qətlə yetirilmiş Ziyəddin və Hüseyn Səfərov qardaşları ilə bağlı rusların “Proekt” nəşrinin yaydığı son məlumat mərhumların yaxınlarının etirazına səbəb olub.

Yeniera.az xəbər verir ki, iş üzrə zərərçəkmiş kimi tanınan mərhum Ziyəddin və Hüseyn Səfərovların qardaşı Seyfəddin Səfərov (Hüseynli) Musavat.com-a açıqlamasında qardaşlarının bədən üzvlərinin kəsilməsi ilə bağlı iddianı təkzib edib.

O qeyd edib ki, “Proekt” nəşri çirkin məqsədlərindən ötrü təxribat törədib, bu amansız cinayəti öz oyununa alət edib: “Bu avantürist nəşr cinayətin gerçək mahiyyətini təhrif etməklə yanaşı, mərhum qardaşlarımın adını, xatirəsini ləkələməyə çalışıb. Mən qardaşlarımın tibbi müayinəsi keçirilərkən Məhkəmə Tibbi Ekspertizada baş direktor Ədalət müəllim və digər əməkdaşlarla, istintaq qrupu ilə birgə əvvəldən sonadək orada olmuşam. Minnətdaram ki, buna şərait yaradıldı. Bəli, qardaşlarıma ölümcül, dəhşətli zərbələr vurulub, elektrik cərəyanı ilə işgəncə verilib. Həmin amansız zərbələrin, ağır işgəncələrin izləri yayılan fotolardan da açıq-aşkar görünür. Sadəcə fotolar sonradan paylaşılarkən qasıq nahiyəsi etik səbəblərə görə örtülüb. Yəni ona görə bağlamayıblar ki, orada nəsə başqa bir məsələ var. Qardaşlarımın orqanlarının kəsilməsi baş verməyib, bu, yalandır”.

Fotoda: Seyfəddin Hüseynli

Zərərçəkmişin sözlərinə görə, hazırda mərhum qardaşlarının övladları həmin nəşrə yazılı etiraz bildirərək bu yalan məlumatların təkzibini tələb ediblər: “Mənim qardaşlarıma dəhşətli dərəcədə ağır işgəncələr verilib. Daxili orqanları ölümcül zədələnib. Amma hansısa xarici əzalarının kəsilməsi yalandır. Ruslar bu təhqiramiz xəbəri yaymaqla çox çirkin niyyət güdürlər. “Proekt”in burada öz iyrənc marağı olduğu aydındır. Amma biz-Azərbaycan mediası belə məsələdə daha həssas və dürüst davranmalıdır. Mənim mərhum qardaşlarıma – Azərbaycanın ləyaqətli iki övladına rus güc strukturlarının qəddar, azğın təmsilçiləri həm qardaşlarımın öz evlərində, həm də zindanda dözülməz işgəncələr veriblər. Nəhayət, onları vəhşiliklə öldürüblər. Burası gün kimi aydın və danılmazdır. Bu dəhşətli cinayətin kifayət qədər sübutu var. Ona görə də olmayan hansısa detalı buraya əlavə etmək artıqdır. Odur ki, mərhum qardaşlarım haqda yayılan bu son çirkin məlumatı qətiyyətlə təkzib edirəm”.

Xatırladaq ki, bu il iyunun 27-də səhər saat 5 radələrində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Yekaterinburq şəhərində azərbaycanlılara məxsus 9 mənzilə basqın edib. Nəticədə Ziyəddin və Hüseyn Səfərov qardaşları xüsusi amansızlıqla qətlə yetirilib. Hazırda bu hadisə ilə bağlı Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsində araşdırmalar davam edir.

Bənzər Xəbərlər

19.06.2026 - 12:55Ariz Əhədov

Ali Məhkəmənin hakiminə ağır itki üz verdi

18.06.2026 - 23:28Ariz Əhədov

Bu ixtisas qruplarının ballarında ARTIM OLACAQ

18.06.2026 - 20:26Ariz Əhədov

Gələn həftə 3 gün ardıcıl iş olmayacaq

18.06.2026 - 20:13Ariz Əhədov

Bu rayonda 9 saat qaz olmayacaq

18.06.2026 - 20:00Ariz Əhədov

Hüseyn Orucəliyev vəfat etdi - FOTO

18.06.2026 - 19:03Ariz Əhədov

Yüksək musiqi səsləndirən məşhur restoran cərimələndi - DİN-dən AÇIQLAMA

18.06.2026 - 16:39Ariz Əhədov

Vətəndaş həyətindəki quyuya görə pul ödəyəcək? - RƏSMİ

18.06.2026 - 15:50Ariz Əhədov

Goranboyda məmurun vətəndaşa kobudluq etməsi iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA

18.06.2026 - 12:52Ariz Əhədov

Sabah 40°-yə yaxın isti olacaq

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 767

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 181

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 349

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 061
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.