Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Britaniya ilk dəfə sualtı drondan ağır torpeda atdı
  • Dənizdə batan tələbələrin FOTOSU
  • Çindən ABŞ-a tələb – Tayvana silah tədarükü dayandırılsın
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi

Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi

Gündəm Ariz Əhədov03.09.2025 - 17:32
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Keçmiş Təfəkkür Universitetinin Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən binası Bakı İnzibati Məhkəməsinə verilib.

Yeniera.az Modern.az-a istinadən xəbər verir ki, Bakı İnzibati Məhkəməsi yaxın günlərdə yeni binasında fəaliyyətə başlayacaq.

Təfəkkür Universiteti Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli qərarı ilə dövlət qeydiyyatından keçərək özəl ali məktəb statusu almışdı. Universitet 2016-cı ildən fəaliyyətini dayandırıb.

2016-cı ilin oktyabr ayında Təfəkkür Universitetinin Təsisçilər Şurası maliyyə vəziyyətində yaranmış problemlə əlaqədar universitetin fəaliyyətinin dayandırılması barədə Təhsil Nazirliyinə müraciət edib. Təhsil Nazirliyi universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini, eyni zamanda, akkreditasiyadan keçirilməməsini nəzərə alaraq 2017-2018-ci il tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmamasını və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə müraciəti  qəbul edib.

Qeyd edək ki, Təfəkkür Universiteti ilə bağlı böyük əks-səda doğuran hadisə indi də mətbuatda tirajlanmaqdadır. Söhbət Təfəkkür Universitetinin sabiq rektoru Müşfiq Atakişiyevin prorektor Tariyel Əhmədovun qətlini sifariş etməsindən gedir. Prorektor Tariyel Əhmədov 2011-ci il sentyabrın 16-da qətlə yetirilmişdi.

M.Atakişiyev 2016-cı ildə Təfəkkür Universiteti bağlanmazdan bir müddət öncə rektor vəzifəsindən istefa vermişdi. Universitet isə az sonra fəaliyyətini dayandırmışdı. Baş Prokurorluq 12 il əvvəl baş vermiş qətl hadisəsi barədə 2023-cü ilin noyabrında məlumat yayıb və sabiq rektor Müşfiq Atakişiyev həbs edilib.

Məhkəmənin hökmü ilə M. Atakişiyevə 14 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası kəsilib.

Bənzər Xəbərlər

22.09.2026 - 18:20Gülnar Əliyeva

Britaniya ilk dəfə sualtı drondan ağır torpeda atdı

22.09.2026 - 18:10Gülnar Əliyeva

Dənizdə batan tələbələrin FOTOSU

22.09.2026 - 18:00Gülnar Əliyeva

Çindən ABŞ-a tələb – Tayvana silah tədarükü dayandırılsın

22.09.2026 - 17:50Gülnar Əliyeva

Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı

22.09.2026 - 17:43Gülnar Əliyeva

Tramp ABŞ-ın sursat ehtiyatları ilə bağlı açıqlama verdi

22.09.2026 - 17:30Gülnar Əliyeva

Tramp Pezeşkianla görüşmək istəyir? Rubio açıqladı

22.09.2026 - 17:16Gülnar Əliyeva

İçərisində məşhur müğənninin də olduğu helikopter qəzaya düşdü

22.09.2026 - 17:02Gülnar Əliyeva

Kəmalə sevənlərə ŞAD XƏBƏR – Bu tarixdə konsert verəcək

22.09.2026 - 15:50Gülnar Əliyeva

Azərbaycanda 13 il əvvəl baş vermiş dəhşətli cinayətin üstü açıldı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 072

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 106

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 027

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 822
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.