Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7011
  • EUR 1.9051
  • 100 RUB 2.1019
  • GBP 2.2720
  • 100 TRY 3.4193
  • CNY 0.2545
  • GEL 0.6547
  • 100 KZT 0.3765
  • 100 UAH 3.7378
  • AED 0.4632
Dünya

Tanınmış iş adamı istirahət zamanı qəfil VƏFAT ETDİ – FOTO

Tanınmış iş adamı istirahət zamanı qəfil VƏFAT ETDİ – FOTO

Türkiyənin Kırıkkale şəhərinin tanınmış və sevilən iş adamlarından olan 68 yaşlı Savaş Bilen vəfat edib.

Yeniera.az xəbər verir ki, Bilen Aydın vilayətinin Didim rayonunda istirahət etdiyi zaman qəfil ürək tutması keçirib.

Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşlarının bütün müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Uzun illər Kırıkkaledə kommersiya fəaliyyəti ilə məşğul olan Savaş Bilen xeyriyyəçi və təvazökar şəxsiyyəti ilə tanınıb. Onun qəfil vəfatı ailəsi, yaxınları, dostları və Kırıkkale iş dünyası tərəfindən böyük kədərlə qarşılanıb.

68 yaşında dünyasını dəyişən iş adamının vəfat xəbəri şəhərdə dərin hüzn yaradıb.

Dəfn mərasimi çərşənbə günü keçiriləcək

Mərhum Savaş Bilenin cənazəsi doğulduğu Kırıkkaleyə gətiriləcək.

Onun cənazə namazı çərşənbə günü günorta namazından sonra Nokta məscidində qılınacaq. Daha sonra mərhum ailə məzarlığında torpağa tapşırılacaq.

Allah rəhmət eləsin.

///nocomment.az

Paylaş: