Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Vardanyanın arvadı Simonyanla birlikdə Bakıya gəlmək istəyir
  • İranın ətrafında 230 qırıcı hazır vəziyyətə gətirildi – ABŞ NƏYƏ HAZIRLAŞIR?
  • 2027-ci illə bağlı Vanqanın şoka salacaq PROQNOZU
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»TƏCİLİ XƏBƏRDARLIQ: Dəhşətli virus AŞKARLANDI – Dərmanı və peyvəndi YOXDUR

TƏCİLİ XƏBƏRDARLIQ: Dəhşətli virus AŞKARLANDI - Dərmanı və peyvəndi YOXDUR

Dünya Gülnar Əliyeva09.09.2026 - 01:20
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) 3 nəfərdə Qərbi Nil virusu aşkarlanıb.

Yeniera.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, bu barədə ŞKTC Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, onlardan 2-si yuxarı tənəffüs yolları infeksiyası, boğaz ağrısı, qızdırma və halsızlıq şikayətləri ilə xəstəxanaya müraciət edib. Aparılan müayinələr nəticəsində hər iki şəxsin Qərbi Nil virusuna yoluxduğu müəyyənləşib.

Xəstəxanada müalicə alan 2 nəfərin vəziyyətinin əvvəlki günlə müqayisədə yaxşılaşdığı, həyati təhlükələrinin olmadığı və sağlamlıq durumlarının nəzarətdə saxlanıldığı bildirilib.

Virus aşkarlanan üçüncü şəxsin isə heç bir sağlamlıq şikayətinin olmadığı qeyd edilib.

Qan analizləri zamanı aparılan müayinələrdə həmin şəxsin Qərbi Nil virusu testinin pozitiv çıxdığı, lakin səhhətində hər hansı mənfi halın müşahidə olunmadığı vurğulanıb.

Səhiyyə Nazirliyi Qərbi Nil qızdırmasının Culex növü ağcaqanadların dişləməsi ilə insanlara keçən xəstəlik olduğunu açıqlayıb.

Virusa yoluxan şəxslərin böyük əksəriyyətində heç bir əlamət özünü büruzə vermir. Lakin bəzi hallarda yüksək hərarət, şiddətli baş ağrısı, halsızlıq, əzələ və oynaq ağrıları, qusma, səpgi və limfa düyünlərinin şişməsi kimi əlamətlər meydana çıxa bilər.

Nadir hallarda isə virus mərkəzi sinir sisteminə təsir edərək ensefalit və ya meningit kimi ciddi xəstəliklərə yol açır. Bu riskin xüsusilə yaşlı insanlarda və immun sistemi zəif olan şəxslərdə daha yüksək olduğu bildirilib.

Nazirlik insanlar üçün hazırlanan Qərbi Nil qızdırması peyvəndinin və ya virusa birbaşa təsir edən xüsusi dərmanın mövcud olmadığını açıqlayıb. Xəstəliyin müalicəsində dəstəkləyici üsullardan istifadə olunur.

Xəstəlikdən qorunmağın ən effektiv yolunun ağcaqanad dişləmələrindən qorunmaq olduğu vurğulanaraq vətəndaşlara aşağıdakı tövsiyələr verilib:

– Pəncərələrdə və qapılarda torlardan istifadə olunması
– Evin ətrafında yığılan suların mütəmadi olaraq boşaldılması
– Ağcaqanadların çox olduğu saatlarda uzunqol və açıq rəngli geyimlərə üstünlük verilməsi
– Ağcaqanad qovucu vasitələrdən yararlanılması

Musavat.com

Bənzər Xəbərlər

09.09.2026 - 02:10Gülnar Əliyeva

Vardanyanın arvadı Simonyanla birlikdə Bakıya gəlmək istəyir

09.09.2026 - 01:54Gülnar Əliyeva

İranın ətrafında 230 qırıcı hazır vəziyyətə gətirildi - ABŞ NƏYƏ HAZIRLAŞIR?

09.09.2026 - 01:40Gülnar Əliyeva

2027-ci illə bağlı Vanqanın şoka salacaq PROQNOZU

09.09.2026 - 00:15Gülnar Əliyeva

"Şəki Yaylası"nda ölən Ucal bu agentliyin əməkdaşı imiş

09.09.2026 - 00:11Gülnar Əliyeva

“Şəki yaylası”nda həyatını itirənlərin - Fotoları

08.09.2026 - 21:28Gülnar Əliyeva

Tural Abbasov barəsində cinayət işi məhkəməyə göndərilib

08.09.2026 - 21:19Gülnar Əliyeva

Baş nazir qərar imzaladı

08.09.2026 - 20:06Gülnar Əliyeva

Balaxanı Sənaye Parkında güclü yanğın - Video

08.09.2026 - 18:30Gülnar Əliyeva

Bakıda bardakı qətlin TƏFƏRRÜATLARI - Şahid DANIŞIR

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 974

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 043

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 978

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 783
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.