Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Azərbaycanın etirazı Parisdə planları pozdu – Bakıdakı canilərə həsr olunan rəsmi açılış ləğv edildi
  • Türkiyə Suriyada ponton körpü qurdu, qoşunlar keçdi – İsrail…
  • Bu ərazilərdə qaz olmayacaq
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»Tiktoker “Çevik”in döyülməsi ilə bağlı yeni faktlar – çay bağında görüşə çağırıb…

Tiktoker “Çevik”in döyülməsi ilə bağlı yeni faktlar - çay bağında görüşə çağırıb....

Hadisə Gülnar Əliyeva02.09.2026 - 20:10
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Qəbələdə döyülən “Çevik” adlı tiktoker Məqsəd Bağırovun vəkili açıqlama verib.

Hüquqşünas Rəhim Xoyski AZXEBER.COM-a açıqlamasında hadisənin təfərrüatı haqda danışıb.

O deyib ki, “Çevik”i çayxanaya dəvət edib, orada döyüblər:

“Kamran Bilalov ortaq tanışları Fəqan Məlikzadə vasitəsilə Məqsəd Bağırovu dini söhbətlərin müzakirəsi üçün Qəbələdə yerləşən çay bağında görüşə çağırıb. Məqsəd Bağırov dəvəti qəbul etdikdən sonra görüş restoranın kabinetində baş tutub. Söhbət dini mövzuda başlamazdan əvvəl Məqsəd Bağırov siqaret çəkmək üçün kabinetin qapısına çıxıb, Fəqan Məlikzadə isə kabinetdə qalıb. Həmin vaxt Kamran Bilalov onun ardınca çıxaraq, dini məzmunlu video çəkilişlərinin dayandırılmasını tələb edib.

Məqsəd Bağırov bu tələbə cavab verməyə imkan tapmamış, onun baş nahiyəsinə çoxsaylı zərbələr endirilib. Zərbələr nəticəsində Məqsəd Bağırov yerə yıxılıb.

Səs-küyü eşidərək kabinetdən çıxan Kamran Bilalov Fəqan Məlikzadəyə “Bunu aparın, yoxsa onu doğrayacağam” deyərək hədə-qorxu gəlib. Bundan sonra Fəqan Məlikzadə Məqsəd Bağırovu hadisə yerindən uzaqlaşdırıb”.

O qeyd edib ki, Məqsəd Bağırov üçün yaxın günlərdə cərrahi müdaxiləyə ehtiyac yarana bilər:

“Baş verənlərlə bağlı dərhal polis xidmətinə müraciət edilib.
İstintaq çərçivəsində təyin olunmuş məhkəmə-tibbi ekspertizası zamanı aparılan müayinələr nəticəsində Məqsəd Bağırovun sağ orbital nahiyəsində yumşaq toxumaların şişkinliyi və dərialtı hematoma, habelə burun sümüyünün sınığı aşkar edilib.
Həmin gün Məqsəd Bağırov müalicə məqsədilə xəstəxanaya yerləşdirilib. Həkimlərin ilkin qənaətinə görə, yaxın günlərdə cərrahi müdaxiləyə ehtiyac yarana bilər”.

“Hadisə ilə bağlı Qəbələ Rayon Polis Şöbəsində istintaq aparılır. Əldə olunan məlumatlar əməlin dini fanatizm zəminində törədildiyini düşünməyə əsas verir. Hadisəyə hüquqi qiymətin verilməsi istintaqın səlahiyyətindədir və bununla bağlı müvafiq vəsatətlərlə çıxış edirik. Hadisəyə tam və obyektiv hüquqi qiymət verilməsi üçün bütün qanuni addımlar atılır və atılacaq. İşin gedişatı barədə ictimaiyyət mütəmadi formada məlumatlandırılacaq”, – deyə hüquqşünas bildirib.

Bənzər Xəbərlər

02.09.2026 - 21:35Gülnar Əliyeva

Azərbaycanın etirazı Parisdə planları pozdu – Bakıdakı canilərə həsr olunan rəsmi açılış ləğv edildi

02.09.2026 - 21:06Gülnar Əliyeva

Türkiyə Suriyada ponton körpü qurdu, qoşunlar keçdi – İsrail...

02.09.2026 - 21:01Gülnar Əliyeva

Bu ərazilərdə qaz olmayacaq

02.09.2026 - 19:20Gülnar Əliyeva

Netanyahu Qəzzaya getdi

02.09.2026 - 19:00Gülnar Əliyeva

Goranboyda baş vermiş hadisə ilə bağlı operativ iclas keçirilib - Foto

02.09.2026 - 18:13Gülnar Əliyeva

Hacıqabulda dəhşətli qətl baş verdi

02.09.2026 - 17:40Gülnar Əliyeva

Azərbaycandan Ermənistana növbəti dizel tədarükü

02.09.2026 - 17:12Gülnar Əliyeva

Şəxsiyyət əsiqəsi ilə bağlı mühüm xəbər: Evli olanlar...

02.09.2026 - 16:50Gülnar Əliyeva

Sentyabrda pul qapıları açılacaq 3 bürc

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 951

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 024

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 967

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 773
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.