Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9055 ▲0.0063
  • 100 RUB 2.0299 ▲0.0023
  • GBP 2.2567 ▲0.0099
  • TRY 0.0344
  • CNY 0.2540 ▲0.0001
  • GEL 0.6548 ▼0.0005
  • 100 KZT 0.3788 ▲0.0026
  • UAH 0.0377
  • AED 0.4628
Dünya

Tramp ona qarşı etirazların səbəbini açıqlayıb

Tramp ona qarşı etirazların səbəbini açıqlayıb

“Milyarder Corc Soros və digər “dəli solçu radikallar” hökumət əleyhinə “Krallar yoxdur” aksiyalarının təşkilində iştirak edə bilərlər”.

Yeniera.az xəbər verir ki, bu fikri ABŞ prezidenti Donald Tramp bildirib.

“Düşünürəm ki, bu, bir növ zarafatdır. Mən bu insanlara baxdım və onlar bu ölkənin nümayəndəsi deyillər. Mən  yeni afişaları gördüm. Təsəvvür edin, onların pulunu kim ödəyib? Soros və digər solçu dəlilər. Deyəsən, belədir. Biz bu nəzəriyyəni yoxlayırıq”, – deyə Amerika lideri bildirib.

Tramp həmçinin qeyd edib ki, hökumət əleyhinə nümayişlər kiçik və çox səmərəsiz olub və onların iştirakçıları “yorğun” görünür.

Təşkilatçıların daha əvvəl bildirdiyi kimi, təxminən 7 milyon insan Trampın siyasətinə etiraz etmək üçün küçələrə axışıb. Onlar bildiriblər ki, etirazlar 2700-dən çox şəhər və qəsəbədə keçirilib.

Yeganə

Paylaş: