Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Tbilisiyə getmək istəyənlərə şad xəbər – 3 ay sonrayadək…
  • Əmlak alarkən diqqətli olun! – Ali Məhkəmə əsas riskləri açıqladı
  • PFL klublara 3 milyona yaxın ödəniş etdi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»Trampla qalmaqaldan sonra Melonidən – İlk açıqlama

Trampla qalmaqaldan sonra Melonidən - İlk açıqlama

Dünya Ariz Əhədov24.06.2026 - 10:25
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

İtaliyanın Baş naziri Corciya Meloni ABŞ Prezidenti Donald Trampla aralarında yaranan gərginliyi daha da dərinləşdirmək niyyətində olmadığını bildirib. O, Vaşinqtonla münasibətlərin yenidən normal məcraya qayıtmasının vacibliyini vurğulayıb.

Yeniera.az xəbər verir ki, Meloni bu barədə Romada “La Verità” qəzetinin təşkil etdiyi tədbirdə çıxışı zamanı danışıb.

Baş nazir ABŞ Prezidentinin açıqlamalarından təəccübləndiyini desə də, polemikanı davam etdirmək istəmədiyini qeyd edib.

“Bu mübahisəni alovlandırmaq niyyətində deyiləm. İnanıram ki, ABŞ ilə ikitərəfli münasibətlər normal məcraya qayıtmalıdır”, – deyə Meloni bildirib.

Baş nazir əlavə edib ki, İtaliya hökuməti iyulun 4-də ABŞ-nin Romadakı səfirliyində keçiriləcək Müstəqillik Günü qəbulunda iştirak edəcək. Onun sözlərinə görə, İtaliyanın xarici siyasət kursu dəyişməyəcək və ABŞ ilə Avropa İttifaqı arasında güclü münasibətlərin qorunması Qərbin sabitliyi üçün vacibdir.

Meloni ABŞ-İran danışıqlarına da toxunaraq, prosesə nikbin yanaşdığını bildirib. O qeyd edib ki, İtaliya diplomatik səyləri dəstəkləməyə və zərurət yaranacağı təqdirdə Hörmüz boğazında beynəlxalq missiyada iştirak etməyə hazırdır.

Baş nazir Hörmüz boğazının bağlanmasının qlobal iqtisadiyyat üçün ciddi risk yaradacağını vurğulayaraq, naviqasiya azadlığının qorunmasının vacibliyini qeyd edib. O, həmçinin İranın nüvə silahına sahib olmamalı olduğunu bir daha təkrarlayıb.

Meloni çıxışında şəxsi həyatına da toxunaraq mayın 1-dən etibarən siqareti tərgitdiyini açıqlayıb.

Xatırladaq ki, gərginlik Donald Trampın G7 sammitindən sonra “Meloni mənimlə şəkil çəkdirmək üçün yalvarırdı” sözlərindən sonra yaranmışdı. Meloni bu iddianı qəti şəkildə təkzib edərək, “Mən və İtaliya heç vaxt heç kimə yalvarmırıq” cavabını vermişdi. Daha sonra Tramp bu fikirlərini yenidən təkrarlamış, Meloni isə ABŞ Prezidentinin açıqlamalarını “əsassız” adlandırmışdı.

Bənzər Xəbərlər

24.06.2026 - 12:03Ariz Əhədov

Tbilisiyə getmək istəyənlərə şad xəbər - 3 ay sonrayadək...

24.06.2026 - 11:42Ariz Əhədov

PFL klublara 3 milyona yaxın ödəniş etdi

24.06.2026 - 11:30Ariz Əhədov

Azərbaycanda xaricdə iş və təhsil sahəsində yeni standartlar: First Academy-nin inkişaf modeli diqqət çəkir

24.06.2026 - 11:28Ariz Əhədov

“Jurnalist-bloqer” həbs edildi - 10-dan çox şikayətçi var

24.06.2026 - 11:15Ariz Əhədov

Nazirlikdən hava ilə bağlı əhaliyə - Müraciət

24.06.2026 - 11:03Ariz Əhədov

Bir ayın əsgəri səhlənkarlıqdan ölüb?

24.06.2026 - 10:50Ariz Əhədov

Paytaxtda AĞIR QƏZA: ÖLƏN VAR

24.06.2026 - 10:38Ariz Əhədov

Maaş və sosial ödənişlərdə artım olacaq? - 60 faiz…

24.06.2026 - 10:13Ariz Əhədov

ABŞ İrana güzəşt etdi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 781

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 197

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 353

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 062
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.