Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8992 ▼0.0061
  • 100 RUB 2.0276 ▲0.0328
  • GBP 2.2468 ▼0.0046
  • TRY 0.0344 ▼0.0001
  • CNY 0.2539 ▼0.0001
  • GEL 0.6553 ▼0.0004
  • 100 KZT 0.3762 ▲0.0011
  • UAH 0.0377 ▼0.0002
  • AED 0.4628
Dünya

Ukraynalı jurnalistlərin avtomobilinə dron zərbəsi endirilib – FOTO

Ukraynalı jurnalistlərin avtomobilinə dron zərbəsi endirilib – FOTO

Ukraynanın “Freedom” telekanalının jurnalistləri Kramatorskda Rusiyanın “Lancet” pilotsuz təyyarəsinin zərbəsi nəticəsində həlak olublar.

Yeniera.az xəbər verir ki, bu barədə Donetsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin bildirib.

Telekanal hərbi müxbir 43 yaşlı Alena Qramova (Qubanova) və 33 yaşlı operator Yevgeni Karmazinin ölümünü təsdiqləyib.

Xəsarət alan xüsusi müxbir Aleksandr Kolıçev isə xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı jurnalistlər yanacaqdoldurma məntəqəsində avtomobildə olublar.

Filaşkin vurulan avtomobilin fotosunu da yayımlayıb.

Ukrayna Kütləvi İnformasiya İnstitutunun məlumatına görə, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri 114 ukraynalı jurnalist peşə vəzifələrini yerinə yetirərkən həlak olub.

Paylaş: