Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Vardanyanın arvadı Simonyanla birlikdə Bakıya gəlmək istəyir
  • İranın ətrafında 230 qırıcı hazır vəziyyətə gətirildi – ABŞ NƏYƏ HAZIRLAŞIR?
  • 2027-ci illə bağlı Vanqanın şoka salacaq PROQNOZU
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»Vardanyanın arvadı Simonyanla birlikdə Bakıya gəlmək istəyir

Vardanyanın arvadı Simonyanla birlikdə Bakıya gəlmək istəyir

Dünya Gülnar Əliyeva09.09.2026 - 02:10
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan paytaxtında həbsdə olan separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyana birlikdə Bakıya səfər etməyi təklif edib.

Yeniera.az-ın erməni mediasına istinadən yaydığı məlumata görə, bu barədə onun yaydığı bəyanatda bildirilir.

O, Simonyanın Bakıya mümkün səfəri barədə məlumatlı olduğunu qeyd edib və Ermənistan rəsmisinin belə bir səfəri həyata keçirməyə hazır olmasını müsbət qarşılayıb. Zonabend ümid edir ki, səfər erməni məhbuslar və onların ailələri ilə bağlı humanitar məsələlərin həlli üçün əlavə imkanlar yaradacaq.

Zonabend Simonyanın sülhə nail olmaq üçün bütün humanitar məsələlərin həllinin vacib olması və bu kontekstdə erməni məhbusların təcili və təhlükəsiz şəkildə geri qaytarılmasının müstəsna əhəmiyyət kəsb etməsi barədə bəyanatını xatırladıb.

“Mən bu mövqeyi bölüşürəm. Sizinlə birlikdə Bakıya getməyə hazıram. Bilirəm ki, digər saxlanılan şəxslərin ailələri də bu istəyi bölüşürlər. Xahiş edirəm, belə bir səfər baş tutacağı təqdirdə bizim də orada iştirakımız imkanını nəzərdən keçirəsiniz və yaxınlarımızla görüşlərin təşkilində köməklik göstərəsiniz”, – deyə Vardanyanın həyat yoldaşı vurğulayıb.

Zonabend həmçinin Simonyana bir sıra suallar ünvanlayıb: xüsusilə, o, erməni məhbuslara baş çəkməyi planlaşdırırmı və səfərdən əvvəl onların ailələri ilə görüşüb məktubları çatdırmağa hazırdırmı? O qeyd etdi ki, məhbusların ailələri üçün doğmalarını görmək, onların vəziyyəti barədə məlumat almaq, həmçinin sevgi və dəstək sözlərini şəxsən çatdırmaq imkanı böyük əhəmiyyət kəsb edir.

“Əsirlikdə olanlar üçün bu, ailə ilə bağın qırılmadığını və talelərinin diqqətdən kənarda qalmadığını hiss etmək fürsətidir. Cavabınızı və bu imkandan konkret humanitar addım naminə necə istifadə oluna biləcəyini müzakirə etməyə hazır olub-olmadığınızı öyrənməyi səbirsizliklə gözləyirəm”, – deyə o bildirib.

Bundan əvvəl Vardanyanın həyat yoldaşı bir neçə dəfə absurd şəkildə “əsir” adlandırdığı separatçı canilərlə, o cümlədən əri ilə bağlı iddialar səsləndirib və Bakıya gəlmək istədiyini deyib.

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan sentyabrın 1-də Bişkekdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşündən sonra Bakıya səfər edəcəyini istisna etməmişdi.

Musavat.com

Bənzər Xəbərlər

09.09.2026 - 01:54Gülnar Əliyeva

İranın ətrafında 230 qırıcı hazır vəziyyətə gətirildi - ABŞ NƏYƏ HAZIRLAŞIR?

09.09.2026 - 01:40Gülnar Əliyeva

2027-ci illə bağlı Vanqanın şoka salacaq PROQNOZU

09.09.2026 - 01:20Gülnar Əliyeva

TƏCİLİ XƏBƏRDARLIQ: Dəhşətli virus AŞKARLANDI - Dərmanı və peyvəndi YOXDUR

09.09.2026 - 00:15Gülnar Əliyeva

"Şəki Yaylası"nda ölən Ucal bu agentliyin əməkdaşı imiş

09.09.2026 - 00:11Gülnar Əliyeva

“Şəki yaylası”nda həyatını itirənlərin - Fotoları

08.09.2026 - 21:28Gülnar Əliyeva

Tural Abbasov barəsində cinayət işi məhkəməyə göndərilib

08.09.2026 - 21:19Gülnar Əliyeva

Baş nazir qərar imzaladı

08.09.2026 - 20:06Gülnar Əliyeva

Balaxanı Sənaye Parkında güclü yanğın - Video

08.09.2026 - 18:30Gülnar Əliyeva

Bakıda bardakı qətlin TƏFƏRRÜATLARI - Şahid DANIŞIR

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 974

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 043

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 978

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 783
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.