Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • İsmail Kartal “Fənərbağça”dan istefa verdi
  • Maşınlara etibarnamə verilməsi qüvvədən düşür?
  • İlham Mirzəyev DANIŞDI: “Gücüm yoxdur…”
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»Yasamaldakı fəlakət şarj aparatından qaynaqlanıbmış – 3 ölü, 25 zəhərlənmə, 419 minlik ziyan

Yasamaldakı fəlakət şarj aparatından qaynaqlanıbmış - 3 ölü, 25 zəhərlənmə, 419 minlik ziyan  

Hadisə Gülnar Əliyeva10.09.2026 - 12:45
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Bakı Milli Geyim Evinin rəhbəri Könül Hümbətova və daha 2 nəfərin ölməsi, 25 nəfərin isə zəhərlənməsi ilə nəticələnən yanğınla bağlı məhkəmə araşdırmaları başlayıb.

Musavat.com xəbər verir ki, cinayət dosyesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə araşdırılır. Təqsirləndirilən Bəhruz Paşayevə Cinayət Məcəlləsinin 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən həmin qaydaların pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə yekun ittiham elan olunub.

Məşum faciə 2025-ci il noyabrın 21-də Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən yaşayış binasında baş verib. Rəsmi məlumata görə, binanın zirzəmi hissəsində başlayan yanğın qısa müddətdə genişlənərək bütün binanı tüstüyə bürüyüb. Hadisə nəticəsində 2018-ci il təvəllüdlü Arzu Qəmbərli, 1983-cü il təvəllüdlü Samir Məmmədov və 1977-ci il təvəllüdlü Könül Hümbətova tüstüdən zəhərlənərək həyatlarını itiriblər. Hadisə zamanı Könül Hümbətovanın qızı, 2000-ci il təvəllüdlü Ləman Qulamova ilə yanaşı daha 24 nəfər ağır və müxtəlif dərəcəli zəhərlənmə ilə xəstəxanalara yerləşdiriliblər.

Keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, “Taxes Group” MMC-nin direktoru və “Loft Dent” klinikasının rəhbəri Bəhruz Paşayev Yasamal rayonunda yerləşən binanın zirzəmisində icarəyə götürdüyü qeyri-yaşayış sahəsində yangın təhlükəsizliyi qaydalarını kobud şəkildə pozub. O, “iVolt” brendi altında elektromobillər üçün şarj stansiyaları quraşdırarkən “Azərişıq” ASC və Energetika Nazirliyinin müvafiq texniki şərtləri və icazələri olmadan, aidiyyəti elektrotexniki heyət cəlb etmədən qanunsuz elektrik xətləri çəkdirib. 2025-ci il noyabrın 21-də 19 radələrində həmin elektrik xətlərində normadan artıq yükə görə qısaqapanma baş verib. Nəticədə əmələ gələn qığılcım yaxınlıqdakı tezalışan materiallara keçərək binanın kommunikasiya şaxtası boyunca yuxarı mərtəbələrə doğru sürətlə yayılıb və binanı tüstü bürüyüb.

Faciə ilə nəticələnən yanğın zamanı binadan çıxmağa çalışan sakinlərdən 3 nəfər – Arzu Qəmbərli, Samir Məmmədov və Könül Hümbətova kəskin tüstüdən zəhərlənərək hadisə yerində həyatlarını itiriblər. Hadisə zamanı 7 nəfər ağır olmaqla, ümumilikdə 25 sakin müxtəlif dərəcəli xəsarətlər alıb. Bununla yanaşı, yanğın nəticəsində yaşayış binasının lift infrastrukturu, elektrik xətləri, kommunikasiya sistemləri və mənzillərə dəymiş ziyan da daxil olmaqla, vətəndaşlara və əmlak sahiblərinə ümumilikdə 419 min 382 manat məbləğində maddi ziyan dəyib. Bəhruz Paşayev zərərçəkənlərdən üzr istəyib. O, özünü təqsirli bildiyini bildirib. Növbəti proses oktyabrın 7-nə təyin edilib.

 

Bənzər Xəbərlər

11.09.2026 - 02:01Gülnar Əliyeva

İsmail Kartal "Fənərbağça"dan istefa verdi

11.09.2026 - 01:59Gülnar Əliyeva

Maşınlara etibarnamə verilməsi qüvvədən düşür?

11.09.2026 - 01:58Gülnar Əliyeva

İlham Mirzəyev DANIŞDI: "Gücüm yoxdur..."

11.09.2026 - 00:58Gülnar Əliyeva

Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? – Nazirin planı bəlli oldu

10.09.2026 - 23:05Gülnar Əliyeva

“Mançester Yunayted” - “Sabah” - CANLI YAYIM

10.09.2026 - 16:38Gülnar Əliyeva

Naxçıvan Həmkarlar İttifaqı sədrinin milyonluq imperiyası – SİYAHI

10.09.2026 - 16:25Gülnar Əliyeva

"Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir" - Şeyxin qardaşı

10.09.2026 - 16:00Gülnar Əliyeva

Azərbaycanda bu paylaşımlara görə CƏRİMƏ OLUNACAQSINIZ

10.09.2026 - 15:40Gülnar Əliyeva

9 və 11-ci sinif şagirdlərinin DİQQƏTİNƏ – Buraxılış imtahanları...

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 001

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 060

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 987

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 792
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.