Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Elçin Məmmədov vəfat etdi – FOTO
  • Milyardlıq sərvəti üzə çıxdı – 90 yaşlı anasının hesabında 750 milyon
  • Binada yanğın olub, zəhərlənənlər var – FOTO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Maraqlı»Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

Maraqlı Gülnar Əliyeva13.09.2026 - 12:56
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Kardioloqlar 50 yaşdan sonra qadınların ürək sağlamlığına mənfi təsir göstərə biləcək günortadan sonrakı bir vərdişə diqqət çəkinməlidirlər. Söhbət yeməkdən sonra uzun müddət oturmaqdan gedir. Mütəxəssislər bunu qısa gəzinti ilə əvəz etməyi tövsiyə edirlər.

Yeniera.az xəbər verir ki, “Parade” nəşrinin yazdığına görə, yaş artdıqca ürək-damar xəstəlikləri riski də yüksəlir. Kardioloq Alberto Moralesin sözlərinə görə, yaşla birlikdə damarlar sərtləşir, arterial təzyiq yüksələ və damarlarda tədricən aterosklerotik lövhələr toplana bilər.

Bundan əlavə, 50 yaşdan sonra metabolik dəyişikliklər baş verir. Xolesterinin səviyyəsinin yüksəlməsi, insulin müqavimətinin inkişafı və iltihabi proseslərin güclənməsi ürək-damar sisteminin yükünü artıra bilər.

Qadınlar 50 yaşdan sonra ürəklərinə niyə daha çox diqqət etməlidirlər?

Kardioloq Nişa Parixin sözlərinə görə, yaş artdıqca qadınlarda bir neçə risk faktoru eyni vaxtda ortaya çıxa bilər. Bunlara yüksək arterial təzyiq, xolesterinin artması, artıq çəki, prediabet və diabet daxildir.

Menopauzadan sonra isə daha bir mühüm amil əlavə olunur. Moralesin izahına görə, estrogen hormonu ürək-damar sisteminə qoruyucu təsir göstərir. Menopauza zamanı estrogen səviyyəsinin azalması bu qoruyucu təsirin zəifləməsinə səbəb olur.

Yeməkdən sonra hansı vərdişdən imtina etmək lazımdır?

Məqalə üçün fikirləri alınan hər iki kardioloq eyni tövsiyəni verib: yeməkdən dərhal sonra uzun müddət oturmaq məsləhət görülmür.

Bunun əvəzinə nahardan və ya qəlyanaltıdan sonra 10–15 dəqiqəlik gəzintiyə çıxmaq tövsiyə olunur.

Morales qeyd edib ki, yeməkdən sonra qanda şəkərin səviyyəsi əhəmiyyətli dərəcədə yüksələ bilər. Bu zaman fiziki aktivlik orqanizmə yaranan metabolik yükün öhdəsindən daha yaxşı gəlməyə kömək edir.

Parix isə xüsusilə şirin məhsullar qəbul etdikdən sonra insulinin səviyyəsində baş verən dəyişikliklərə diqqət çəkib. Buna görə desert və ya şirin qəlyanaltıdan sonra qısa gəzinti də faydalı ola bilər.

Həkimlərin sözlərinə görə, ümumilikdə hərəkətsiz həyat tərzi ürək-damar xəstəlikləri üçün risk faktorlarından biridir. Əksinə, müntəzəm fiziki aktivlik bu riski azaltmağa kömək edə bilər.

Ürək sağlamlığı üçün daha nə etmək olar?

Kardioloqlar fiziki aktivliyi gündəlik həyatın bir hissəsinə çevirməyi məsləhət görürlər. Nahardan sonra qısa gəzinti hər gün asanlıqla davam etdirilə bilən sadə vərdişə çevrilə bilər.

Həkimlər vurğulayırlar ki, ürək-damar xəstəliklərinin bir çox risk faktorunu sağlam qidalanma və müntəzəm fiziki aktivlik vasitəsilə nəzarətdə saxlamaq mümkündür.///Ajans.az

Bənzər Xəbərlər

13.09.2026 - 17:35Gülnar Əliyeva

Milyardlıq sərvəti üzə çıxdı – 90 yaşlı anasının hesabında 750 milyon

13.09.2026 - 17:17Gülnar Əliyeva

Binada yanğın olub, zəhərlənənlər var - FOTO

13.09.2026 - 13:36Gülnar Əliyeva

Ukrayna Rusiyada İES-ləri vurmağa başladı

13.09.2026 - 13:22Gülnar Əliyeva

Moskvadan ÜÇTƏRƏFLİ GÖRÜŞ bəyanatı: Peskov Kuşnerin iddialarına CAVAB VERDİ

13.09.2026 - 13:10Gülnar Əliyeva

Sentyabrın 14-də gözlənilən hava ilə bağlı xəbərdarlıq

13.09.2026 - 13:00Gülnar Əliyeva

Qazla bağlı məhdudiyyət tətbiq edildi – Səbəb nədir? - YENİLƏNİB

13.09.2026 - 09:00Gülnar Əliyeva

Azərbaycanda YENİ QAYDA - Bu şəxslərə 300 MANAT VERİLƏCƏK

13.09.2026 - 03:00Gülnar Əliyeva

Yat, dur 14 min 500 dollar QAZAN - İLGİNC YARIŞMA

13.09.2026 - 02:45Gülnar Əliyeva

Egey səmasında yeni gərginlik - 6 türk F-16-sı havada

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 011

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 063

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 993

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 798
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.