Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8669
  • 100 RUB 2.0809
  • GBP 2.2284
  • TRY 0.0336
  • CNY 0.2547
  • GEL 0.6566
  • 100 KZT 0.3732
  • UAH 0.0378
  • AED 0.4628
Cəmiyyət

1000-ə yaxın abonent qazsız qalacaq – bu rayonda

1000-ə yaxın abonent qazsız qalacaq – bu rayonda

Sabah İmişli rayonunun 4 kəndində qaz təchizatı dayandırılacaq.

Bu barədə Yeniera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, diametri 200 mm-lik PE “Qaraqaşlı kənd” orta təzyiqli daşıyıcı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağı aparılacaq.

Bu məqsədlə sentyabrın 19-da saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək İmişli rayonunun Xoşçobanlı, Murğuzallı, Mürsəlli və Qaraqaşlı kəndlərində (ümumi 912 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

Paylaş: