Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bu çiyələyi ALMAYIN – Zəhərlənə bilərsiniz
  • Üç maşın toqquşdu- Xəsarət alan var
  • “Karaca”dan vətəndaşa qarşı dələduzluq – pulunu aldığları məhsulu vermirlər
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»“Kontakt Home” köhnə məhsullar satır – “Şeş-Qoşa” layihəsi ifşa edildi – FOTO

“Kontakt Home” köhnə məhsullar satır - “Şeş-Qoşa” layihəsi ifşa edildi - FOTO

Cəmiyyət Ariz Əhədov06.04.2026 - 16:13
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link
“Kontakt Home” mağazalar şəbəkəsi yenidən müştəri şikayətləri ilə gündəmə gəlib.
Yeniera.az Bakupost.az-a istinadən xəbər verir ki, alıcılar mağazada satılan bəzi məhsulların öncədən istifadə edildiyini iddia edirlər.
Belə iddialardan biri Aybəniz Ramazanova adlı istifadəçinin sosial şəbəkədə paylaşımında yer alıb. O bildirib ki, “Şeş-Qoşa” kampaniyası çərçivəsində endirimlə aldığı telefonun artıq istifadə edildiyini sonradan aşkar edib.
Onun sözlərinə görə, cihazı aktiv edərkən son avtomatik yaddaş təmizlənməsinin 116 gün əvvəl – 9 dekabr 2025-ci ildə həyata keçirildiyi barədə bildiriş görünüb:
“Sizin etdiyinizin adı nədir? Köhnə, işlənmiş telefonu kiməsə sırımaq nədir? Bu neçənci haldır? “Şeş-Qoşa” kampaniyası da ona görədir ki, köhnə telefonları satanda geri qaytarılma olmasın? Dünən hədiyyə üçün alınmış telefondur. Bu gün aktiv edəndə belə halla üzləşdik”.
BakuPost
Şikayətçi bildirib ki, məhsulu geri qaytarıb və mağaza tərəfindən ona bunun “zavod qüsuru” olduğu bildirilib.
BakuPost
Paylaşımın şərh bölməsində digər istifadəçilər də oxşar hallarla üzləşdiklərini yazıblar. Onlar iddia edirlər ki, geri qaytarılan problemli məhsullar yenidən satışa çıxarılır.
Cavid Mirzəliyev adlı istifadəçi yazıb:
“Bu qədər şikayət var, geri qaytarılan mallar var. Belə mallar məhv edilmir. Kimi aldada bilsələr, ona satırlar. Onsuz da Azərbaycanda insanların çoxu haqqını tələb etmir və ya edə bilmir. Onlar da bundan istifadə edirlər”.
Xanım Qurbanova isə noyabr ayında aldığı telefonda əvvəl istifadə izlərinin olduğunu bildirib:
“Açılış tarixi avqust göstərirdi, üstəlik çəkilişində də problem var idi. Neçə dəfə apardım, dedilər, belə olur”.
Digər bir istifadəçi Cəlil Cəlil televizor alarkən oxşar vəziyyətlə qarşılaşdığını qeyd edib:
“Televizor almışdım. Bolt yerlərinə baxdım, gördüm yeyilib. Baxmasaydım, problemi gizlədəcəkdilər. Sən demə, cihaz təmirdə olub. Sonradan özləri də təsdiqlədilər. Təxminən 3 saat gözlədikdən sonra normal, zavod qablaşdırmasında olan televizor gətirdilər”.
Aysel Yusup adlı istifadəçi isə belə yazır:
“Oradan alış-veriş etmək peşmanlıqdır. Telefon almışdım, zavod qüsuru var idi, enerji yığmırdı. Dedilər ki, guya düzgün qoşmuram. Sanki ilk dəfə telefon görürəm. Güclə qaytara bildim”.
Nigar Şirin adlı izləyici də oxşar problemlə üzləşdiyini qeyd edib:
“Mart ayında münasib qiymətə telefon almışdım. Amma cihaz tez-tez donurdu. Əlaqə saxladım, dedilər ki, Wi-Fi aktiv edilibsə, qaytarılmır. Sonradan başa düşdüm ki, bu, onlar üçün normal hal sayılır”.
Məsələ ilə bağlı “Kontakt Home” mağazalar şəbəkəsinin mövqeyini dərc etməyə hazırıq.
Maraqlıdır ki, “Kontakt Home” mağazalar şəbəkəsi ilə bağlı oxşar şikayətlər son dövrlər demək olar ki, hər gün mətbuatda və sosial şəbəkələrdə yer alır.
Buna baxmayaraq, şirkətin bu iddialara münasibəti və ya ictimaiyyətə açıq izahları müşahidə olunmur.
Bu isə suallar yaradır:
“Kontakt Home” niyə bu qədər geniş yayılmış narazılıqlara reaksiya vermir?
İstehlakçıların iradları niyə aradan qaldırılmır?
Şirkət ictimai rəyə və tənqidlərə qarşı məsuliyyət hiss edirmi?
Müştəri məmnuniyyətinin əsas göstərici sayıldığı bir dövrdə bu cür şikayətlərin davamlı xarakter alması və cavabsız qalması ciddi narahatlıq doğurur.

Bənzər Xəbərlər

26.04.2026 - 20:00Ariz Əhədov

Bu çiyələyi ALMAYIN – Zəhərlənə bilərsiniz

26.04.2026 - 01:01Ariz Əhədov

Kombilərlə bağlı QƏRAR VERİLDİ: İcazə verilməyəcək – VİDEO

25.04.2026 - 15:25Ariz Əhədov

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ

25.04.2026 - 12:28Ariz Əhədov

Bakıda bu küçədən avtobuslar keçə bilmir - Xaos hökm sürür - Video

24.04.2026 - 23:43Ariz Əhədov

Ülkər Məmmədova VƏFAT ETDİ – FOTO

24.04.2026 - 22:40Ariz Əhədov

Bağça müdiri olmaq istəyənlərə ŞAD XƏBƏR

24.04.2026 - 17:55Ariz Əhədov

IV və VI siniflərdə monitorinq - Yerdəyişmə prosesi DAYANDIRILDI

24.04.2026 - 16:05Ariz Əhədov

Əli Əsədov qərar İMZALADI: 60 manat TƏSDİQLƏNDİ

24.04.2026 - 15:12Ariz Əhədov

Zabrat-Məhəmmədi arasındakı gölü kimlər qurudur? - Video+Fotolar

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 220

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 019

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 928

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 130
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.