Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bunu etsəniz, işıq pulu az gələcək
  • Azərbaycanın tanınmış aktyoru vəfat etdi – FOTO
  • Müdafiə Nazirliyi məlumat yaydı – VİDEO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Köç karvanı Badaraya çatdı – YENİLƏNİB

Köç karvanı Badaraya çatdı - YENİLƏNİB

Gündəm Ariz Əhədov12.09.2025 - 15:39
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Xocalının Badara kəndinə yola salınan köç karvanı kəndə çatıb, yeni ailələrə mənzillərin açarları təqdim edilib.

Bakıvaxtı.az xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndiliyini təmsil edən şəxslər iştirak ediblər.

Təqdimetmə mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov kənddə sakinlər üçün yaradılan şərait barədə məlumat verib.

O bildirib ki, Badara kəndində sakinlərin rahat yaşayışı və məşğulluğu üçün bütün zəruri infrastruktur qurulub, sosial və iqtisadi məsələlərin həlli istiqamətində mühüm addımlar atılıb. Qeyd edilib ki, Badara kəndi qısa müddət ərzində bərpa edilərək, elektrik enerjisi, içməli su və mavi yanacaqla təmin olunub. Sakinlərin qayğısız yaşayışı və dayanıqlı məskunlaşması üçün bütün imkanlar yaradılıb. Məşğulluqla bağlı məsələ də hər zamankı kimi prioritet olaraq qalır.

ANAMA-nın əməkdaşları da sakinlərlə təhlükəsizliyə dair  maarifləndirici söhbət aparıb.

***

14:33

Bu gün Xocalı rayonunun Badara kəndinə yola salınan köç karvanı kəndə çatıb.

Yeniera.az xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib.

***

09:21

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Yeniera.az xəbər verir ki, bu çərçivədə Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Xocalı rayonunun Badara kəndinə ilk köç karvanı yola salınıb.

Budəfəki mərhələdə Xocalı rayonunun Badara kəndinə Goranboy rayonundan – 8 ailə (28 nəfər), Bakı şəhərindən – 4 ailə (19 nəfər), Bərdə rayonundan – 1 ailə (4 nəfər), Gəncə şəhərindən – 1 ailə (4 nəfər) olmaqla cəmi 14 ailə (96 nəfər), Xocavənd rayonunun Hadrut qəsəbəsinə Beyləqan rayonundan – 4 ailə (17 nəfər), Bakı şəhərindən – 4 ailə (14 nəfər), Biləsuvar rayonundan – 1 ailə (6 nəfər), Abşeron rayonundan – 1 ailə (4 nəfər) olmaqla cəmi 10 ailə (41 nəfər) köçürülüb.

Beləliklə, 12.09.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla Xocavənd rayonunun 3 yaşayış məntəqəsinə cəmi 30 ailə (125 nəfər), Xocalı rayonunun 6 yaşayış məntəqəsinə isə cəmi 412 ailə (1734 nəfər) köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bənzər Xəbərlər

31.05.2026 - 15:41Ariz Əhədov

Bunu etsəniz, işıq pulu az gələcək

31.05.2026 - 15:19Ariz Əhədov

Azərbaycanın tanınmış aktyoru vəfat etdi - FOTO

31.05.2026 - 15:08Ariz Əhədov

Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO

31.05.2026 - 13:50Ariz Əhədov

SON DƏQİQƏ! Ağır qəza baş verdi: Xeyli sayda yaralı var

31.05.2026 - 12:50Ariz Əhədov

Qar yağıb, dolu düşüb

30.05.2026 - 11:06Ariz Əhədov

Prezident təbrik məktubu göndərdi

30.05.2026 - 11:00Ariz Əhədov

Rusiya Ermənistandakı səfirini GERİ ÇAĞIRDI

30.05.2026 - 09:40Ariz Əhədov

Qeyri-sabit hava BU TARİXƏDƏK davam edəcək - XƏBƏRDARLIQ 

30.05.2026 - 00:04Ariz Əhədov

Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Bu gecə gözlənilir

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 634

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 265

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 035

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 258
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.