Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8669
  • 100 RUB 2.0809
  • GBP 2.2284
  • TRY 0.0336
  • CNY 0.2547
  • GEL 0.6566
  • 100 KZT 0.3732
  • UAH 0.0378
  • AED 0.4628
Gündəm

Üç il öncə “yoxa çıxan” nazir Şuşada peyda oldu – FOTO

Üç il öncə “yoxa çıxan” nazir Şuşada peyda oldu – FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Şuşada İSESKO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Maliki qəbul edib.

Yeniera.az globalinfo.az-a istinadla xəbər verir ki, sözügedən görüş çərçivəsində çəkilən şəkillərdə sabiq mədəniyyət naziri Anar Kərimov da yer alıb.

22 dekabr 2022-ci il tarixində mədəniyyət naziri vəzifəsindən azad edilən Anar Kərimov uzun müddətdir görünmürdü.

Məlumata görə, o, 2023-cü ilin mayından İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatında (İSESKO) Tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq sektorunun müdiri vəzifəsində çalışır.

Paylaş: