Rusiyada nəsli kəsilmiş nəhəng ayı növü aşkar edilib.
Yeniera.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Borisyak adına Paleontologiya İnstitutunun direktoru Aleksey Lopatin bildirib.
Onun sözlərinə görə, ölkə ərazisində təxminən 5–6 milyon il əvvəl yaşamış nəsli kəsilmiş nəhəng ayının yeni növü müəyyən edilib.
Lopatinin bildirib ki, bu ayı növünün müasir qəhvəyi ayılar qədər 700 kiloqramdan çox çəkisi var. O, yeni tapıntının hətta nəhəng ayılar qrupunun ən iri nümayəndələrindən biri olduğunu qeyd edib:
“Borisyak ayısı, hətta bu qrupun standartları üzrə böyük hesab olunur. Güclü, sürətlə qaça bilən və aktiv yırtıcıdır”, — deyə alim qeyd edib.
Rza Əli

