Bu gün İranın xarici işlər naziri Seyid Abbas Əraqçiyə Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı son proseslər barədə ətraflı məlumat verilib.
Yeniera.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda iranlı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ikitərəfli əməkdaşlığa əlavə olaraq həm siyasi, həm də iqtisadi layihələrin icrası baxımından üçtərəfli formatların bir sıra region ölkələri ilə genişləndirilməsi baxımından müzakirələr aparılıb.
Nazir bildirib ki, həmkarı ilə Yaxın Şərqdəki proses barədə məlumat mübadiləsi aparıb: “Bir daha qeyd edilib ki, Azərbaycan və İran bölgədə sülhün, sabitliyin tərəfdarıdırlar”.
C.Bayramov əlavə edib ki, bu səfər iki ölkə arasındakı münasibətlərə daha yaxşı töhfə verəcək.

