Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • DTX-nin saxladığı tiktoker “Çevik”i hansı cəza gözləyir?
  • Türkiyəni qarışdıran əməliyyatın detalları – Açıqlandı
  • Temperatur kəskin şəkildə aşağı düşə bilər – ARAŞDIRMA
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Nick Talbot Vüqar Oruca təşəkkür məktubu göndərib

Nick Talbot Vüqar Oruca təşəkkür məktubu göndərib

İqtisadiyyat Emin Farzaliyev30.01.2026 - 14:13
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) fəaliyyəti beynəlxalq arenada müsbət qiymətləndirilməkdə davam edir. Qurumun qlobal qiymətləndirmə sisteminə verdiyi töhfələr nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilir.

Yeniera.az xəbər verir ki, bu çərçivədə Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının (IVSC) sədri Nick Talbot AQC-nin sədri Vüqar Oruca rəsmi məktub ünvanlayıb. Məktubda AQC-nin IVSC-yə göstərdiyi davamlı dəstəyə, beynəlxalq qiymətləndirmə standartlarının təşviqi və peşəkar qiymətləndirmə mühitinin inkişafına verdiyi töhfələrə görə təşəkkür ifadə olunub.

IVSC sədri qeyd edib ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəal iştirakı qlobal miqyasda qiymətləndirmələrin keyfiyyətinin, ardıcıllığının və etibarlılığının artırılmasında mühüm rol oynayır. Bildirilib ki, AQC-nin beynəlxalq proseslərdə aktiv mövqeyi qiymətləndirmə sahəsində vahid yanaşmaların formalaşmasına və qabaqcıl təcrübələrin tətbiqinə şərait yaradır.

Məktubda IVSC ilə AQC arasında əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərinə toxunulub. Birgə layihələrin həyata keçirilməsi, beynəlxalq təşəbbüslərdə qarşılıqlı iştirak və peşəkar bilik mübadiləsinin genişləndirilməsi imkanlarının müzakirəyə açıq olduğu bildirilib. IVSC rəhbərliyi AQC-nin fəaliyyətini yüksək qiymətləndirərək, qarşıdakı dövrdə qurumlar arasında sıx və səmərəli əməkdaşlığın davam etdiriləcəyinə ümid ifadə edib.

Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti beynəlxalq standartların tətbiqi, qiymətləndirici mütəxəssislərin peşəkar hazırlığının gücləndirilməsi və qiymətləndirmə sahəsində institusional inkişafın təmin edilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Bu fəaliyyətlər AQC-nin beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişlənməsinə və ölkənin qiymətləndirmə sektorunun qlobal sistemə inteqrasiyasına mühüm töhfə verir.

Bənzər Xəbərlər

14.09.2026 - 23:15Gülnar Əliyeva

DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?

14.09.2026 - 23:07Gülnar Əliyeva

Türkiyəni qarışdıran əməliyyatın detalları - Açıqlandı

14.09.2026 - 22:51Gülnar Əliyeva

Temperatur kəskin şəkildə aşağı düşə bilər - ARAŞDIRMA

14.09.2026 - 22:48Gülnar Əliyeva

Bu 3 bürc üçün dönüş nöqtəsi olacaq

14.09.2026 - 22:15Gülnar Əliyeva

Azərbaycanda AĞIR QƏZA: Ölən və yaralanan var

14.09.2026 - 21:12Gülnar Əliyeva

Sabah saat 10:00-dan qaz olmayacaq - bu ərazilərdə

14.09.2026 - 21:00Gülnar Əliyeva

Ramiz Mehdiyevlə bağlı SON DƏQİQƏ: Oğlu və kürəkəni də...

14.09.2026 - 20:49Gülnar Əliyeva

Vüsal Rzayev – rəqəmsal mediada aktiv kontent yaradıcı

14.09.2026 - 20:45Gülnar Əliyeva

Rusiya Odessada yük gəmisini vurdu

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 028

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 070

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 004

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 804
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.